
Artıq 2011-ci ilin sonuncu həftəsini yaşayırıq. Qarşıdan gələn 2012-ci il Şərq təqviminə əsasən qara əjdaha ilidir. İlin ünsürü su, aparıcı rəngi qara və mavinin müxtəlif çalarlarıdır. İlin planeti ay, aparıcı bürcləri isə xərçəng və qismən də buğadır. Aparıcı illər isə əjdahının özü, siçan və müymun ilidir.
Astroloq Səbuhi Rəhimli Modern.az-a deyib ki, gələn il daha çox neqativ hadisələrlə yadda qalacaq. Beləki, 2003-cü ildən başlayan dolça erası 2012-ci ildə ən pik nöqtəsinə çatacaq. İstənilən era dəyişikliyində istər təbiətdə, istərsə də insan təfəkküründə dəyişikliklər, kataklizimlər baş verir. Məsələn, Nuhun tufanı əqrəb erası başlayanda olub.
Səbuhi Rəhimlinin sözlərinə görə, 2003-cü ildən də bir qədər əvvəl başlayan proseslər qara əjdaha ilində ən yüksək nöqtəsinə çatacaq. Beləki, 2011-ci il 2010-cu ildən daha dəhşətli olduğu kimi, 2012-ci ildə 2011-ci ildən dəhşətli olacaq. Ancaq proseslərin 2013-cü ildən nisbətən sabitləşməsi müşahidə olunacaq.
Astroloq Səbuhi Rəhimli qarşıdan gələn il - 2012-ci ilin baş verə biləcək siyasi-ictimai proqnozlarını hazırlayıb. Bu barədə Modern.az saytına məlumat verən astroloq deyib ki, 17 proqnoz müəyyənləşdirib.
1) 2012-ci ildə Azərbaycan ərazisində unikal arxeoloji qazıntı aparılacaq və xüsusi əhəmiyyətə malik yeni tapıntılar olacaq.
2) İdman sahəsində Azərbaycanı çox böyük uğurlar gözləyir. Bəlkə də bu uğurlar ötən illə müqayisədə daha böyük olacaq.
3) İncəsənətin səhnə ilə bağlı sahələrində daha çox inkişaf müşahidə olunacaq.
4) Azərbaycanda kriminal hadisələrin sayı artacaq. İstehsal qəzaları da artacaq.
5) İntiharların sayı qismən azalsa da, yol qəzalarının sayı həddindən artıq çox olacaq.
6) Təbii fəlakətlər-torpaq sürüşmələri, daşqınlar olacaq. Ancaq kütləvi şəkildə insan təlafatı ilə nəticələnən hansısa təbii fəlakət baş verməyəcək.
7) Beynəlxalq arenada siyasət sahəsində Azərbaycana qarşı təzyiqlər artacaq.
8) İlin ikinci yarısında Azərbasycanın özündə də siyasi gərginlik təsvir olunmaz dərəcədə böyüyəcək.
9) Müxalifət cəbhəsində itkilər olacaq, iqtidar cəbhəsində ikitirəlik yaranacaq. İki qrupun bir-birinə qarşı vuruşmasının şahidi olacağıq.
10) Aşağı postlarda, xüsusən də icra başçıları arasında, prokurorluq sahələrində, “JEK”lərdə kifayət qədər istefaların, işdən çıxarılmaların şahidi olacağıq.
11) 2012-ci ildən 2013-cü ilin ortalarına qədər Qarabağın işğaldan azad olunması istiqamətində tarixi şanslar yarancaq. Əgər bu şanslardan istifadə olunmasa, 2025-ci ilə qədər Qarabağ məsələsində heç bir dəyişiklik olmayacaq.
12) Ölkədə yalnış cərrahiyə əməliyyatları nəticəsində vəfat edənlərin sayı çoxlacaq. Xüsusən də vaxtı keçmiş dərmanlardan ölənlərin sayı artacaq. Bu istiqamətdə daha neqativ hadisələrin baş verməsi gözlənilir.
13) Fransa bir necə gün əvvəl qəbul etdiyi qondarma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı qərarını 2012-ci ilin birinci yarısında ləğv edəcək. Bu, ilin ilk aylarında və ya ortalarında baş verə bilər.
14) Dünyada xüsusən də yaz aylarından etibarən müsəlman-xristian qarşıdurması daha sərt formada qabaracaq.
15) Ərəb ölkələrində baş verən hadisələr Asiyaya, eləcə də bir sıra Avropa ölkələrində də sıçrıyacaq. Bu ölkələrdə də çevrilişlər, üsyanlar davamlı olacaq. Bu, 2011-ci illə müqayisədə daha böyük təsirlərə malik olacaq.
16) İrana qarşı hər hansı müharibə baş verməyəcək. Amma 2012-ci il bu ölkə üçün hakimiyyətin və rejimin qalıb-qalmaması istiqamətində həlledici il olacaq.
17) Hazırda Rusiyada baş verən ixtişaşlar hər hansı dövlət çevriliş ilə nəticələnmməyəcək.
Sədaqət SÜLEYMANOVA