Bərdə rayonu, Böyük Göyüşlü kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 132 kv.m olan ikimərtəbəli 8 otaqlı ev yanıb. Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, hadisə nəticəsində evin yanar konstruksiyaları əşyalarla birlikdə yanıb, evin çardağının konstruksiyaları çöküb, ev sahibi və həyat yoldaşı yanıq xəsarətləri alıblar. Yaralılar xəstəxanaya aparılıblar. Yanğın saat 08:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibinin anası - 1927-ci il təvəllüdlü Sayalı Əsəd qızı Kazımova və bacısı - 1965-ci il təvəllüdlü Sevda Heydər qızı Kazımovanın cəsədləri yanğınsöndürənlər tərəfindən uçqun altında aşkar edilib. Cəsədlər yanğınsöndürənlər tərəfindən aidiyyəti üzrə təhvil verilibr. Qonşu evlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Modern.az