Orta məktəblərdə 9 illik icbari təhsilə keçilməsi məsələsini mən də tam dəstəkləyirəm. Orta məktəbdə oxuyan hər bir kəs ali təhsil ocaqlarında oxumaq iqtidarında deyil. Bəziləri özlərini peşə istiqamətində müəyyənləşdirməlidir”. Modern.az saytının məlumatına görə, bu sözləri Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, orta məktəbin vəzifəsi şagirdi ali təhsil ocaqlarına hazırlamaq deyil, ümumi bilik verməkdir.
“Orta səviyyədə oxuyan şagirdlərin bəziləri peşə ixtisası istiqamətində özlərini hazırlamalıdır. Bu istiqamətdə işlər aparılmalıdır. Valideynlərlə bu istiqamətdə işlər qurulmadığından mövcud problemlər ortaya çıxır. 9 illik təhsildən tam orta təhsili başa vurmaq üçün potensialı olan şagirdlər seçilməlidir”.
Hazırda 12 illik təhsillə bağlı yeni strategiyanın hazırlandığını deyən Aydın Əhmədov qeyd edib ki, əgər bu qəbul olunarsa, o zaman icbari təhsil 10 il olacaq.
Sədaqət Süleymanova