Modern.az

Magistratura imtahanları fevralda olacaq

Magistratura imtahanları fevralda olacaq

Ölkə

28 Dekabr 2011, 14:00

Magistraturanın birinci pilləsinin qəbul imtahanı 2012-ci tədris ilində də fevral ayında olacaq. Amma hələlik sənəd qəbulunun və imtahanın dəqiq vaxtı məlum deyil”.

Modern.az saytının məlumatına görə bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. Bu ildən yeni ixtisasların siyahısının müəyyənləşdiyini deyən TQDK sədri artıq bu istiqamətdə ali təhsil müəssisələrində işlərin getdiyini qeyd edib.

“Elə ixtisaslar var ki, onlara dövlət proqramında ehtiyac var, amma onlar ali məktəblərdə yoxdur. Elə istisaslar da var ki, əksinə, onlara dövlət proqramında ehtiyac yoxdur, amma ali təhsil müəssisələrində həmin ixtisaslar var. Bu məsələlər araşdırılır.  Amma hələki bu istiqamətdə həlledici addım atılmayıb. Müzakirə olunur, yaxın vaxtlarda nəticələr bəlli olacaq”.

Rezidenturaya qəbulda aşağı nəticə göstərənlər barədə məlumat verən Məleykə Abbaszadə bildirib ki, onlar TQDK-nın sifarişi ilə qəbul olan tələbələr deyil, başqa yerlərdən köçürülənlərdir.

“Rezidenturaya qəbul bu il ilk dəfə aparıldığından qəbul olan tələbələrin nəticələrinin effektivliyi onlar məzun olanda bilinəcək”.

Məleykə Abbaszadə gələn ilki rezidenturaya qəbul qaydalarının necə olacağı ilə bağlı Tibb Universiteti ilə danışıqlar aparıldığını qeyd edib.

TQDK sədri rezidenturaya qəbulla bağlı eyni zamanda Səhiyyə Nazirliyində xüsusi şöbənin də yaradıldığını vurğulayıb. “Bu mütərəqqi addımdır. Çünki rezidenturaya qəbul təkcə Tibb Universitetində deyil, Səhiyyə Nazirliyinin müəssisələrində də aparılır”.

Sədaqət SÜLEYMANOVA

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı