Modern.az

Çingiz Qənizadə: “Cabbar Savalanlı belə davam etsə, əfv ərizəsinin sürətini mətbuata verəcəm"

Çingiz Qənizadə: “Cabbar Savalanlı belə davam etsə, əfv ərizəsinin sürətini mətbuata verəcəm"

Ölkə

29 Dekabr 2011, 13:10

“Cabbar Savalanlı belə davam etsə, mən onun əfv olunması üçün yazdığı ərizəsinin sürətini əldə edib mətbuata təqdim edəcəm. Təbii ki, əgər o bunu istəyirsə”. 

Bu sözləri millət vəkili Çingiz Qənizadə AXCP gənclər təşkilatının yenicə həbsdən buraxılan fəalı Cabbar Savalanlının “əfv ərizəsi yazmamışam” fikrini Modern.az-a şərh edərkən deyib.

Deputat bildirib ki, dediyi sözün məsuliyyətini dərk edir: “İndiyə qədər mən yalnız faktı demişəm, əsası, hüquqi olmayan bir məsələni qabartmamışam. Cabbar Savalanlı ilə bağlı bir daha qeyd edirəm ki, burada qəbahətli heç nə yoxdur. Ola bilər ki, indi Cabbarı siyasi yoldaşları qıcıqlandırır. O hələ avqust ayının 10-da əfv olunması ilə bağlı Prezidentə müraciət edib. Belə hesab edirəm ki, düzgün addım atıb”

Ç.Qənizadə deyib ki, Cabbar Savalanlı belə açıqlamalara davam edərsə, o da bu məsələ ilə bağlı münasibətini açıqlayacaq: “Ərizə çıxandan sonra deyəcək ki, bu xətt onun deyil. Belə hallar da olacaq. Ona heç baş qoşmaq istəməzdim. Birmənalı olaraq qeyd edirəm ki, onun əfv ərizəsi olub. Bu küçə söhbəti deyil. Penitensiar xidmət yanında ictimai komitənin üzvüyüksə, gedən prosesleri bilirik. Yəqin o, vicdanı ilə baş-başa qalanda fikirləşər ki, həqiqət olmayan fikiləri söyləmək lazım deyil”.

Ç.Qənizadə deyib ki, Cabbar Savalanlı bu gün siyasi əqidə yoldaşlarının yanında özünü qəhrəman kimi göstərmək üçün əfv ərizəsi yazmadığını deyirsə bu, artıq onun öz işidir: “Mən dünən də müsahibəmdə qeyd etmişəm ki, o tərbiyəli, savadlı bir gəncdir. Eyni zamanda onun ali məktəbə bərpa olunması üçün bizim hüquq müdafiə təşkilatının monitorinq qrupunun çalışdığını da qeyd etmişəm. Amma bu gün o siyasi yoldaşlarının yanında özünü qəhrəman kimi göstərmək üçün əfv ərizəsini yazmadığını deyirsə, bu, artıq onun öz işidir”.

Sədaqət SÜLEYMANOVA

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı