Eurovision-2012” mahnı yarışması üçün Milli Seçim turunun 5-ci həftəsi də yekunlaşıb. Milli seçim turlarının 5-ci həftəsində Azərbaycanı 2012-ci ildə “Eurovision” Mahnı Müsabiqəsində təmsil etmək istəyən növbəti 9 nəfər 5 gün müddətində İctimai Televiziyanın canlı efirində ifa və performanslarını təqdim ediblər.
Qaydalara uyğun olaraq münsiflər heyəti və tamaşaçıların səsverməsi nəticəsində 5-ci həftənin qalibi seçilib.Tamaşaçılar və münsiflərin səsverməsi nəticəsində Elton İbrahimov qalub seçilib.
Modern.az-ın məlumatına görə, səsvermənin nəticəsi aşağıdakı kimi olub:
Elton İbrahimov
Azad Şabanov
Aydın Eyvazzadə
Günay Əhmədova
Fidan Hüseynova
Elnarə Kazımova
Samir Məmmədov
Yan Kaşepava
Süleyman Ağakişiyev
Qeyd edək ki, seçim turlarında iştirak edən 72 iddiaçı ümumilikdə hər birində 9 nəfər olmaqla 8 qrupda yarışır. Hər həftənin qalibi yarımfinal mərhələsinə vəsiqə qazanır. Qalibin seçimi “Eurovision ”Mahnı Müsabiqəsinin qaydalarına uyğun olaraq həm münsiflər heyəti, həm də tamaşaçıların SMS səsverməsinə əsasən aparılır.
Beləliklə artıq 5 nəfər yarımfinal mərhələsinə vəsiqə qazanıb. Bunlar Elton İbrahimov,
Orxan Kərimli, Məryam Kərimova, Xəyyam Mustafazadə və Fəqan Səfərovdur. Yarımfinalda isə Milli seçim həftələrinin birincisi olan 8 nəfər yarışacaq və qələbə qazanan iştirakçı 2012-ci ilin mayında Bakıda keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edəcək.
Modern.az