Modern.az

Bakıda Ramil Səfərovla bağlı aksiya başlandı

Bakıda Ramil Səfərovla bağlı aksiya başlandı

Ölkə

7 Yanvar 2012, 12:20

Modern.az saytı xəbər verir ki, Budapeşt şəhər məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilən Azərbaycan milli ordusunun zabiti Ramil Səfərovla bağlı aksiyaya start verilib.
Aksiyanı Bakı Kitab Klubu başlayıb. Klubdan saytımıza bildirilib ki, Ramil Səfərovun macar dilindən tərcümə etdiyi F.Molnarın “Pal küçəsinin oğlanları” kitabı artıq satışa çıxarılıb. “Pal küçəsinin oğlanları” kitabının satışından əldə edilən gəlir Ramil Səfərovun növbəti kitabının nəşrinə sərf olunacaq.

“Əsəri almaq istəyənlər tələssin, nəşrin tirajı məhduddur”-deyə Bakı Kitab Klubundan bildirilib. Kitabın satış hüquq da Kluba məxsusudur.

“Pal küçəsinin oğlanları” kitabında dünya gəncləri üçün azadlıq uğrunda, işğalçılara qarşı mübarizədə vətənpərvərlikdən bəhs olunur.  “Pal küçəsinin oğlanları” kitabının qiyməti 10 manatdır.

R.Səfərov bu əsərdən əvvəl Macarıstanın tanınmış xanım yazıçısı Maqda Sabonun (1917-2007) “Qapı” romanını müvəffəqiyyətlə orijinaldan Azərbaycan dilinə tərcümə etmiş və kitab 2011-ci ildə Bakıda çap olunaraq böyük uğur qazanmışdı. R.Səfərov bədii ədəbiyyat nümunələrini macar dilindən azərbaycancaya çevirən ilk tərcüməçidir.

Ramil Səfərov 26 avqust 1977-ci ildə Azərbaycanın Cəbrayıl rayonunda anadan olub. Hələ körpə olanda erməni vəhşiliklərini öz gözləri ilə görən Ramildə onlara qarşı əbədi nifrət yaranıb. Düşmənə sonsuz nifrəti, Vətənə dərin məhəbbəti Ramili hərbi məkrəbdə təhsil almağa istiqamətləndirib. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub, sonra isə təhsilini Türkiyədə davam etdirib.
Ramil Səfərov 2004-cü ilin yanvarında Macarıstanın paytaxtı Budapeştə NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqrami çərçivəsində kursa göndərilmişdi. O, həmin il fevralın 19-da eyni kursda təlim keçən erməni zabit Qurgen Markaryanı Azərbaycan bayrağını  təhqir elədiyinə görə öldürdüyündən ömürlük həbs cəzası alıb.       


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı