Azərbaycanı «Evrovision-2012» Mahnı Müsabiqəsində təmsil etmək istəyən iddiaçıların yarışı davam edir. Milli Seçim turunun 6-cı həftəsi də yekunlaşıb. Növbəti 8 nəfər arasından 5 gün müddətində İctimai Televiziyanın canlı efirində yarışıb. Onlar ifa və performanslarını təqdim ediblər.
Qaydalara uyğun olaraq münsiflər heyəti və tamaşaçıların səsverməsi nəticəsində 6-cı həftənin qalibi seçilib.Tamaşaçılar və münsiflərin səsverməsi nəticəsində Adil Baxışlı qalib seçilib.
Modern.az-ın məlumatına görə, səsvermənin nəticəsi aşağıdakı kimi olub:
Adil Baxışlı
Bəxtiyar Qasımov
Ramilə Muradova
Habil Əhmədov
Orxan Əfəndi
Elgiz Məmmədov
Cahangir Qasımzadə
Vlada Axundova
Qeyd edək ki, seçim turlarında iştirak edən 72 iddiaçı ümumilikdə hər birində 9 nəfər olmaqla 8 qrupda yarışır. Hər həftənin qalibi yarımfinal mərhələsinə vəsiqə qazanır. Qalibin seçimi “Eurovision ”Mahnı Müsabiqəsinin qaydalarına uyğun olaraq həm münsiflər heyəti, həm də tamaşaçıların SMS səsverməsinə əsasən aparılır.
Beləliklə artıq 6 nəfər yarımfinal mərhələsinə vəsiqə qazanıb. Bunlar Adil Baxışılı, Elton İbrahimov, Orxan Kərimli, Məryam Kərimova, Xəyyam Mustafazadə və Fəqan Səfərovdur. Yarımfinalda isə Milli seçim həftələrinin birincisi olan 8 nəfər yarışacaq və qələbə qazanan iştirakçı 2012-ci ilin mayında Bakıda keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edəcək.
Modern.az