Yanvarın 8-də Müsavat Partiyasının qərargahında İctimai Palatanın sesiyası keçirilib. Sessiyada İctimai Palatanın Koordinasiya Şurasına seçki keçirilib. Günün sonunda seçkinin nəticələri elan olundu. İP Seçki Komissiyasının məlumatına görə aşağıdakılar Koordinasiya Şurasına seçiliblər.
Aqil Səmədbəyli - Bütöv Azərbaycan Birliyinin Mərkəzi Şurasnın sədri - 224 (lehinə)
Ədalət Yusubov - Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini - 226
Əli Kərimli - Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri - 209
İbrahim İbrahimli - müstəqil siyasətçi - 186
Hacı İlqar İbrahimoğlu - DEVAMM-ın sədri - 202
İsa Qəmbər - Müsavat Partiyasının başqanı - 235
Köçəri Nağıbəyli - Qərbi Azərbaycan Azadlıq Təşkilatının sədri - 161
Qələndər Muxtarlı - Azərbaycan Millətçi Demokrat Partiyasının sədri - 207
Leyla Əliyeva - müstəqil politoloq - 233
Rahim Hacıyev - “Azadlıq” qəzeti baş redaktorunun birinci müavini - 190
Mehriban Vəzir - yazıçı-publisist - 187
Mirvari Qəhrəmanlı - hüquq müdafiəçisi - 200
Pənah Hüseyn - keçmiş Baş nazir, sabiq deputat - 200
Rafiq Manaflı - Vətəndaş Həmrəyliyi Partiyası Ali Məclisinin sədri - 178
Rauf Arifoğlu - “Yeni Müsavat” qəzetinin baş redaktoru - 184
Vidadi Mirkamal - ədliyyə generalı - 220
Zəfər Quliyev - müstəqil politoloq, analitik - 226
“Azadlıq”ın məlumatına görə, səsvermədə 258 İP üzvü iştirak edib. 245 bülleten etibarlı sayılıb.
İP-in sessiyası başa çatıb.
Vaqif Hacıbəyli, İxtiyar Abdalov, Soltanhəmid Məlikov kifayət qədər səs toplamadıqlarına görə Koordinasiya Şurasına seçilməyiblər.
Modern.az