Modern.az

Prezidentə göndərilən məktublarda nə yazılır?

Prezidentə göndərilən məktublarda nə yazılır?

Ölkə

9 Yanvar 2012, 13:04

Azərbaycan Respublikası Konsitutsiyasının 57-ci maddəsinə əsasən, hər bir vətəndaşın ölkə Prezidentinə müraciət etmək hüququ var. Vətəndaşlar məktub vasitəsi ilə öz arzularını bildirə, onu maraqlandıran məsələlər barədə yaz, təklif, ərizə və  şikayətlə müraciət edə bilərlər. Bu müraciətlər eyni zamanda internet vasitəsilə Prezidentin elektron poçtuna ünvanlana bilər.

Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi saytında (www.president.az) “xalqın səsi”nin eşidilməsi xüsusi bölmə yaradılıb.

Modern.az saytının məlumatına görə, 2012-ci il yanvar ayının birinci 9 günündə Prezidentin rəsmi saytındakı “Müraciətlər” (//az.president.az/letters/rules ) bölməsinə 7 müraciət daxil olub.  
Onların 2-si Şirvan şəhərindən, 2-si Masallıdan, 1-i Qubadan, 1-i Qaradağdan, 1-i Tərtər rayonundan göndərilib.

Bəs məktublarda nə yazılıb?

Quba rayonunun İspik kənd sakini Firdovsi Şıxbabayev Prezidentə bütün həmkəndliləri adından dərin minnətdarlığını bildirib:
“Xalqımızın maddi rifah halı durmadan yaxşılaşır, sosial sahədə də böyük nailiyyətlər qazanılmışdır. Ölkəmizin hər bir guşəsi, hər bir yaşayış məntəqəsi inkişaf etmişdir. Bu istiqamətdə işlər davam etdirilməkdədir.
Respublikamızın hər yerində olduğu kimi Quba rayonunda da son illər xeyli müasir tipli sosial obyektlər, məktəblər inşa edilmişdir. Yaşadığımız Quba rayonunun İspik kəndinin sosial-iqtisadi inkişafı üçün xeyli işlər görülmüş və görülməkdədir. Kəndin içməli su ehtiyacı təmin edilmiş, rabitə sahəsində ciddi işlər görülmüş, kənd yolları təmir edilmiş, yeni məktəb binasının inşasına başlanmışdır”-deyə F.Şıxbabayev yazır.

Tərtər rayonunun Evoğlu kəndinin ziyalıları adından Prezidentə məktub yazan Yaşar Məhərrəmov, Teyyub Əliyev, Təvəkkül Məhərrəmov, Tahir Kərimovun müraciətində də ölkə başçısına təşəkkür edilib.
“2011-ci ildə kəndimizin yolları təmir olunmuş, yeni elektron ATS quraşdırılmış və müasir standartlara cavab verən poçt binası tikilərək kənd camaatının istifadəsinə verilmiş, mavi qaz çəkilişi üçün layihə hazırlanmışdır. Evoğlu kənd sakinləri, xüsusilə də biz ziyalılar bu yeniliklərdən fərəh hissi duyur, cəbhə bölgəsində olan rayonumuza və kəndimizə göstərilən diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildiririk. Bu gün artıq biz rayon mərkəzinə getmədən öz problemlərimizi kənd daxilində müasir poçt və rabitə vasitəsilə həll edə bilirik...
Cənab Prezident, biz, kənd ziyalıları belə qərara gəldik ki, Evoğlu poçt şöbəsindən ilk məktubu bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə göndərək”-deyə məktubda bildirilib.

Digər məktublardan da aydın olur ki, Prezidentə göndərilən müraciətlərdə bölgələrdə aparılan abadlıq-quruculuq işləri yüksək qiymətləndirilir və buna görə, ölkə başçısına təşəkkür edilir.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?