Modern.az

Ulvira Qarayeva ərinin bıçaqlanmasından danışdı: "Mənim onunla bağlı son qərarım var"

Ulvira Qarayeva ərinin bıçaqlanmasından danışdı: "Mənim onunla bağlı son qərarım var"

Ölkə

11 Yanvar 2012, 19:02


ANS telekanalında yayımlanan “Toy olsun” verilişinin aparıcısı Ulvira Qarayeva bıçaqlanan həyat yoldaşı Tərlan Mustafayev barəsində açıqlama verib. Modern.az saytının məlumatına görə, U.Qarayeva bu barədə “Toy olsun” verilişinin canlı yayımında - ANS-in efirində danışıb.

O, deyib ki, ərinin hansı səbəbdən və niyə bıçaqlandığını bilmir.

“Mən bu gün onunla bir neçə dəfə telefon əlaqəsi saxlamışam. Amma mənə hadisənin səbəbləri barədə danışmayıb”.

U.Qarayeva deyib ki, iki ay yarımdır o, şəxsi həyatında ciddi problemlər yaşayır, həyat yoldaşı ilə münasibətlərində sərinlik yaranıb. Teleaparıcının sözlərinə görə, hazırda 1 saylı Şəhər Kliniki Xəstəxanada olan Tərlan Mustafayev yanvarın 11-də iki dəfə cərrahiyyə əməliyyatına məruz qalıb:

"Bu gecə onun vəziyyəti məlum olacaq və mən də bu evliliklə bağlı son qərarımı elan edəcəm".

U. Qarayeva canlı efirdə vurğulayıb ki, o, şəxsi həyatı ilə bağlı qəti qərar verməyi düşünür və bunu sabah açıqlayacaq. Aparıcının sözlərindən belə anlaşılıb ki, o, həyat yoldaşından boşanmağa hazılaşır.

“Mən gözləyirdim ki, həyat yoldaşımdan hansı xəbər çıxacaq. Çünki  dünəndən bu günə kimi bir dəfə artıq əməliyyat olunub. Arada mənimlə əlaqə saxlıyır, deyir ki, özünü yaxşı hiss eləmir,  ağrıları var və xəstəxanada təkdir. Canı ağrıyan bir vaxtda xəstəxanada tək yatır. Mən indi xəstəxanadan xəbər gözləyidim ki, necə olacaq. Amma xəbər verildi ki, Tərlan heç də yüngül xəsarat almayıb. Kim edibsə, Allah cəzasını versin, kim başqasının həyatına qıyırsa, Allah onun cəzasını versin...

Tərlanla mən danışıram, amma o mənə hadisə haqda heç nə demir... Nəyə görə bu baş verib, hansı zəmində baş verib, heç kimə demir. Bir az bundan əvvəl zəng eləmişdi mənə, dedi ki,  “çətin günümdü, yanımda ol”. Çünki bu yaxınlarda mən özüm həmin çətin vaxtları bir neçə gün yaşadım, o mənim yanımda idi. İndi Tərlan ikinci əməliyyata girib. Mənim gözlədiyim xəbər o idi ki, hər şey sağ-salamat yekunlaşıb, yoxsa yox.
İkinci əməliyyata girib, tək-tənhadır, qapının arxasında gözləyəni yoxdu. Çünki eyni vaxtda yaxın bir qohumu da başqa xəstəlikdən əməliyyat olunur. Mən Tərlanla bağlı həkimlərdən  xoş xəbər gözlüyürdüm ki, sağ-salamatdı, ayağa qalxacaq, hər  şey qaydasında olacaq. Amma çox təssüflər olsun ki, mən bu xəbəri hələ almadım.

Mən efir vasitəsi ilə son qərarımı səsləndirmək istəyirdim, demək istəyirdim ki, mən bundan sonra hansı addımları atacağam. Amma  biz and içmişdik ki, dərddə, qəmdə, sevincdə bir yerdə olacağıq.  İndi Tərlan əcəllə boğuşan bir zamanda mən burda özgə bir qərar qəbul edə bilmərəm. Mən gözləyəcəyəm Tərlan qalxsın ayağa, ondan sonra hər kəs mənim qərarımı biləcək. Ailə qurduğum bu iki ay yarım vaxt mənim həyatımda heç də asan müddət olmayıb. Çəkdiyim bu əzab-əziyyətləri heç kim bilmirdi, hətta mənim doğma anam belə bilmir. Bütun bunlara baxmayaraq, mən gözləməliyəm ki, Tərlan ayağa qalxsın. Ondan sonra hansı qərarı qəbul etməliyəmsə, qəbul edəcəm. Səhərə qədər yaxşılığa doğru Tərlanda hansısa dəyişiklik olsa, sabah mən “Günəbaxan” verlişində olacağam. Səhər saat 10-00-dan 13-ə kimi “Günəbaxan” verilişində açıqlamalarım olacaq. Nəyi ki, indi demədim, bütün bunları sabah deyəcəyəm”.

Meyxanaçı, 22 yaşlı Tərlan Mustafayev (Tərlan Dağlı) yanvarın 10-da Nərimanov rayonu ərazisində qarın boşluğundan aldığı bir bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Onun kimin tərəfindən və hansı məqsədlə bıçaqlandığı hələlik məlum deyil. Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

U.Qarayeva ilə T.Mustafayev 2011-ci il oktyabr ayının 29-da evləniblər. Ulvira Qarayeva bundan öncə bir dəfə ailə qurub, ayrılıb. Həmin nikahdan 13 yaşlı Zeynəb adında bir qızı var.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı