
2011-ci ildə qan verən donorların sayında artım müşahidə olunub”. Bu barədə Modern.az saytına açıqlamasında Səhiyyə Nazirliyi Mərkəzi Qan Bankının baş həkimi Pərvanə Hacıyeva bildirib. O deyib ki, 2011-ci ildə donorların sayı 2010-cu illə müqayisədə 10,5% çox olub ki, bu da Qan Bankına olan inamın artıması ilə əlaqədardır.
Pərvanə Hacıyeva buna uyğun olaraq qan tədarükünün də artdığını qeyd edib. Belə ki, Mərkəzi Qan Bankında 14.600.000 ml (14 ton 600 litr) qan tədarük olunub.
Ötən il ərzində ən çox hansı qan qruplarına tələbatın çox olmasına gəlincə, P.Hacıyeva “ 2011-ci ildə O (I) + ( müsbət), A (II) + (müsbət) və B (III) + (müsbət) qruplarından olan qanlara tələbat daha çox olub” deyə vurğulayıb.
Buna baxmayaraq, ötən ildə az tapılan qanlar da olub. Mərkəzi Qan Bankının baş həkiminin sözlərinə görə bunlar əsasən mənfi rezurslu qan qruplarıdır. Belə ki, 2011-ci ildə daha az tapılan qanlar müsbət rezuslu qanlarla müqayisədə mənfi rezuslu qanlar olub.
Aytən ƏLİYEVA