Modern.az

Azərbaycan saytlarına haker hücumu İran və Niderlanddan olub

Azərbaycan saytlarına haker hücumu İran və Niderlanddan olub

Ölkə

21 Yanvar 2012, 12:15

Yanvarın 21-də rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov kollegiya iclası keçirib. Modern.az-ın məlumatına görə, nazir iclasdan sonra jurnalistlərin suallarını cavablandırarkən bir neçə gün öncə Azərbaycanın rəsmi və qeyri-rəsmi saytlarına haker hücumuna münasibət bildirib. Ə.Abbasov deyib ki, Azərbaycan saytlarına haker hücumu İran və Niderlanddan həyata keçirilib.
Rabitə və informasiya texnologiyaları naziri bildirib ki, bu hücum nəticəsində Azərbaycandakı 25 sayt zərər çəkib, bir neçə saatlığa fəaliyyəti dondurulan həmin veb-səhifələrin iş sonradan bərpa edilib.

Ə.Abbasovun sözlərinə görə, hadisə ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin apardığı araşdırma başa çatıb və müəyyən olunub ki, İrandan 24, Niderlanddan isə 1 hücum həyata keçirilib. Hücumlar nəticəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Xüsusi Dövlət Mühafizə Xidmətinin serverində yerləşən saytlar zərər çəkib. 
Nazir deyib ki, Azərbaycan tərəfi artıq İran tərəfinə müraciət edərək məsələ ilə bağlı öz mövqeyini çatdırıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı