Modern.az saytının məlumatına görə, Azərbaycan prezidentinin kiçik qızı Arzu Əliyevanın ad günüdür. Arzu İlham qızı Əliyeva 23 yanvar 1989-cu ildə Bakıda anadan olub. 23 yaşlı Arzu Əliyeva İngiltərədə təhsil alıb. O, dörd dildə sərbəst danışır, xeyriyyəçiliklə məşğul olur və Heydər Əliyev Fondunun həyata keçirdiyi aksiyalarda iştirak edir. Arzu Əliyeva 2008-ci ildə Azərbaycanla bağlı reklam videoklipində çəkilib. Bu video klip CNN və “Euronews” kanallarında nümayiş olunub.
Azərbaycan Prezidentinin kiçik qızı 2011-ci il sentyabrın 3-də ailə həyatı qurub. Arzu Əliyeva Rusiyada tanınmış iş adamı olmuş və 2003-cü ildə vəfat etmiş Aydın Qurbanovun oğlu Səməd Qurbanovun həyat yoldaşıdır.
Azərbaycan Prezidentinin kürəkəni 23 yaşlı Səməd Qurbanov Moskvada doğulub və böyüyüb, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitunu bitirib. Hazırda atasından miras qalan ailə biznesinin idarəsi ilə məşğul olur.
2009-cu ildə nüfuzlu “Harpers Bazaar” jurnalına açıqlamasında Arzu Əliyeva qısa olsa da moda, anası və özü barədə danışıb.
Moda haqqında
- Bacımla ilk stil dərslərimi anamızdan ibrət götürərək uşaq vaxtlarımızdan almışıq. O geyinirdi, bəzənirdi və daranırdı, biz isə oturub ona baxırdıq. Anam bizə konkret olaraq heç bir təlimat verməyib, lakin böyüdükcə biz qeyri - ixtiyari olaraq onun üslubunu yamsılamağa başladıq.
Anası haqqında
- Anam bizim üçün geyim seçməyi bacarır. Hətta biz yanında olmayanda belə. O seçiləcək geyimin bizim ölçümüzə olub - olmadığını dəqiq qiymətləndirir və heç vaxt seçimində yanılmır.
Özü haqqında
- Əgər biz ailəlikcə harasa gediriksə, birlikdə hazırlaşırıq, bir-birimizə məsləhət veririk. Mən adətən fərqlənməyə çalışıram. Bu o qədər də asan deyil.
Anaları, ölkənin birinci xanımı Mehriban Əliyeva jurnala müsahibəsində deyib ki, qızları beş dildə, doğma Azərbaycan dilindən savayı, rus, ingilis, ispan və fransızca sərbəst danışır.
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|