Modern.az

Bu gün axşama doğru Bakıya qar yağacaq – PROQNOZ

Bu gün axşama doğru Bakıya qar yağacaq – PROQNOZ

Ölkə

25 Yanvar 2012, 11:10

Modern.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, yanvarın 25-də Bakıda və Abşeron yarımadasında havanın gün ərzində bəzi yerlərdə az yağıntılı olacağı, axşama doğru qar yağacağı gözlənilir.
Temperaturun gecə 0°-yə yaxın, gündüz 1-5° isti olacağı gözlənilir.
Bakıda gecə 0°-yə yaxın, gündüz 2-4° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 768 millimetr civə sütunundan 765 millimetr civə sütununa enəcək, nisbi rütubət 85-95 faiz olacaq.

Naxçıvan Muxtar Respublikasında arabir zəif qar yağacağı, duman olacağı gözlənilir.
Temperatur gecə 5-10° şaxta, gündüz 1-6° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Temperatur gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Günün ikinci yarısından başlayaraq az yağıntılı olacağı, axşama doğru qar yağacağı gözlənilir. Temperatur gecə 1-6° şaxta, gündüz 0-5° isti olacaq.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzənabran, Quba-Qusar-Xaçmaz rayonlarında bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.
Temperatur gecə gecə 3-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 8-13° şaxta, gündüz 2-7° şaxta təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 15-20° şaxta olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul,  Salyan, Neftçala rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Lakin axşama doğru bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Temperatur gecə 0-4° şaxta, gündüz 1-6° isti olacaq.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında havanın bəzi yerlərdə az yağıntılı olacağı, axşama doğru qar yağacağı gözlənilir. Dağlarda duman olacaq.
Temperaturun gecə 0-2° isti, gündüz 2-6° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 1° şaxtadan 2°-dək isti olacağı gözlənilir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı