Azərbaycanı «Evrovision-2012» Mahnı Müsabiqəsində təmsil etmək istəyən iddiaçıların yarışında yarımfinaldan öncəki seçimlər başa çatıb. Modern.az saytının məlumatına görə, səkkizinci həftədə növbəti 9 nəfər 5 gün müddətində İctimai Televiziyanın canlı efirində yarışıb.
Qaydalara uyğun olaraq münsiflər heyəti və tamaşaçıların səsverməsi nəticəsində 8-ci həftənin qalibi seçilib. Tamaşaçılar və münsiflərin səsverməsi nəticəsində Arzu İsmayılova qələbə qazanıb.
SMS və münsiflər heyətinin səsverməsi ilə sonuncu həftənin nəticəsi aşağıdakı kimi olub:
Arzu İsmayılova
Zaur Əmiraslanov
Ülvi Rəşidov
Ülkər Quliyeva
Rinat Alimov
Əli Məmmədli
Abbas Kərimli
“Caspian Dremers” qrupu
Tofiq Hacıyev.
Beləliklə artıq bütün 8 nəfər yarımfinal mərhələsinə vəsiqə qazanıb. Bunlar Adil Baxışılı, Elton İbrahimov, Orxan Kərimli, Məryam Kərimova, Xəyyam Mustafazadə və Fəqan Səfərov, Səbinə Babayeva, Arzu İsmayılovadır.
Yarımfinalda Milli seçim həftələrinin birincisi olan 8 nəfər yarışacaq və qələbə qazanan iştirakçı 2012-ci ilin mayında Bakıda keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edəcək.
Xatırladaq ki, Milli Seçimlərin canlı efir həftəsinə ötən ilin noyabrın 28-də start verilib. Seçimlərdə səkkiz həftə ərzində 72 iştirakçı növbəti mərhələyə çıxmaq uğrunda mübarizə aparıb.
Modern.az