Modern.az

30 yanvarın hava proqnozu - Bakıda şaxta olacaq

30 yanvarın hava proqnozu - Bakıda şaxta olacaq

Ölkə

29 Yanvar 2012, 22:38


Modern.az
xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yanvarın 30-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Axşam və gecə bəzi yerlərdə az qar yağacağı gözlənilir. Temperaturun gecə 4-6° şaxta, gündüz 1° şaxtadan 2°-dək isti olacaq. Bakıda gecə 3-5° şaxta, gündüz 0-2° şaxta olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək -769 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət 80-90 faiz olacaqdır. Yollar buz bağlayacaq.

Naxçıvan Muxtar Respublikasında - havaların əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə qar yağacağı gözlənilir. Temperatur gecə 7-12° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq. Yollar buz bağlayacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən,Gədəbəy rayonlarında havaların əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı, axşam və gecə isə qar yağacağı gözlənilir. Temperaturun gecə 12-17°, gündüz 2-7° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında havaların əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə qar yağacağı gözlənilir.
Temperaturun gecə 3-7° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında havaların gündüz əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Temperatur gecə 4-9° şaxta, gündüz 4° şaxtadan 1°-dək isti, dağlarda gecə 13°-18°, gündüz 4-8° şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 18-23° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havaların əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman, axşam isə yağıntılı olacağı gözlənilir. Temperatur gecə 3-7° şaxta, gündüz 1° şaxtadan 4° isti olacağı gözlənilir. Yollar buz bağlayacaq.
 
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında gecə və səhər bəzi yerlərdə qar yağacağı gözlənilir. Dağlarda duman olacaq. Temperaturun gecə 2-5° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti, dağlarda gecə 12-17°, gündüz 1-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı