Modern.az

Xəbər təsdiqlənir - Ermənistan Azərbaycana bakılı qızı göndərir

Xəbər təsdiqlənir - Ermənistan Azərbaycana bakılı qızı göndərir

Ölkə

31 Yanvar 2012, 14:59

Ermənistanın “Eurovision” Mahnı Müsabiqəsindəki təmsilçiliyinin rəhbəri Qohar Qasparyan bir müddət öncə ölkəsinin Azərbaycanda keçiriləcək musiqi yarışmasında iştirak edəcəyini təsdiqləyərkən Bakıya qadın müğənni göndərə biləcəklərini söyləmişdi.

Modern.az xəbər verir ki, Ermənistanın “Jamanak” qəzetinin bu gün yaydığı məlumata görə,  “Eurovision-2012” Mahnı Müsabiqəsində Ermənistanı Bakıda anadan olan Lusina Mun təmsil edə bilər. Qəzetdə bunun böyük ehtimal olduğu vurğulanıb. Qəzetin verdiyi məlumata görə,  xanım ifaçı artıq öz mahnısının iki variantını Ermənitsan İctimai Televiya və Radioda yaradılan komissiyaya təqdim edib. Məlumatlara görə onun mahnıları komisiyanın üzvləri tərəfindən bəyənəlilib.

Qeyd edək ki, Lusina Mun hazırda ABŞ-da yaşayır, Bakıda anadan olub.

Ermənistan bundan öncə “Eurovision” Mahnı Müsabiqəsində bir neçə dəfə qadın müğənni ilə təmsil olunub, amma uğurlu nəticə əldə edə bilməyib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı