Modern.az

YAP hesabat verdi: 2011-ci ildə partiyaya 4 milyon 711 min 974 manat daxil olub

YAP hesabat verdi: 2011-ci ildə partiyaya 4 milyon 711 min 974 manat daxil olub

Ölkə

2 Fevral 2012, 18:22

Fevralın 2-də hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçirilib. Partiyanın mətbuat xidmətinin məlumatına görə, iclasda partiyanın 2011-ci il hesabatı dinlənib, 2012-ci ilin birinci yarısına dair iş planı müzakirə olunub.

2012-ci il yanvar ayının 1-nə olan məlumata görə, Yeni Azərbaycan Partiyası üzvlərinin sayı 556 min nəfərdən yuxarı olub. 2011-ci ildə YAP sıralarına 34 mindən çox yeni üzv qəbul edilib ki, onların da 60 faizə qədəri gənclərdir.

İdarə Heyətinin iclasında partiyanın 2011-ci il maliyyə hesabatı təsdiqlənib. 2011-ci ildə üzvlük haqlarından partiya büdcəsinə 4 milyon 711 min 974 manat daxil olub. Həmin vəsaitin 4 milyon 611 min 323 manatı Yeni Azərbaycan Partiyasının rayon (şəhər) təşkilatlarının və İcra Katibliyinin xərclər smetasını təşkil edib.

Vəsaitin 2 milyon 59 min manatı əməkhaqlarının ödənilməsinə, 687 min manatı müxtəlif xarakterli partiya tədbirlərinin maliyyələşdirilməsinə, 196 min manatı ezamiyyət xərclərinə, 326 min manatı nəqliyyat vasitələri və inventarların alınmasına, 170 min manatı cari təmir işlərinə, 178 min manatı təsərrüfat xərclərinə, 61 min manatı çap işlərinə, qalan hissəsi isə kommunal, icarə haqqı, rabitə xərcləri, bank xidməti və sair istiqamətlərə sərf edilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Yollar iflic oldu, internet bahalaşdı - Növbədə nə var?