Modern.az

“Bakıelektrikşəbəkə”dən rəsmi açıqlama: “İşıq probleminin yaranması sırf bizim fəliyyətlə əlaqədar deyil”

“Bakıelektrikşəbəkə”dən rəsmi açıqlama: “İşıq probleminin yaranması sırf bizim fəliyyətlə əlaqədar deyil”

Ölkə

3 Fevral 2012, 16:38

“Son günlər hava şəratində yaranan problemlərlə əlaqdar “Bakıelektrikşəbəkə” ASC abonentlərinin fasiləsiz enerji təhcizatının təmin olunması üçün gücləndirilmiş iş rejiminə keçib”. Bu barədə Modern.az saytına açıqlamasında “Bakıelektrikşəbəkə” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. O bildirib ki, sutkanın 24 saatı ərzində mərkəzi aparatda və ərazi strukturlarında növbətçilik iş prinsipi təşkil edib, zəruri mal-materal ehtiyatı görülüb, maşın və mexanizmlər tam işlək vəziyyətdə olub, mətbuat xidməti görülən tədbirlər barədə radio və televiziya vasitəsilə əhalini  mütəmadi məlumatlandırıb.

“Əlavə olaraq bildirirəm ki, Səhmdar Cəmiyyət üzrə təşkil edilən operativ əməliyyat briqadaları vəziyyəti qiymətləndirmək və elektrik şəbəkənin normal fəaliyyətini daim nəzarətdə saxlamaq üçün bütün sutka ərzində yerlərdə olub, o cümlədən abonentlərdən daxil olan müraciətlərin yerindəcə həll olunmasını təmin ediblər”.

T.Mustafayev qeyd edib ki, abonentlərin daxil olan bəzi müraciətlər isə əksər  hallarda onların özlərinin daxili elektrik təsərrüfatındakı mövcud olan qüsurlar nəticəsində yaranan problemlərlə, bir sıra hallarda isə enerji sisteminin özündə baş verən təkanlarla bağlı olub ki, bu da “Bakıelektrikşəbəkə” ASC-nin fəaliyyəti ilə əlaqədar olmayan məsələlərdir.

Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı