Modern.az

Ermənilər bu dəfəki “Eurovision”da da Azərbaycana qarşı təxribat törədə bilər

Ermənilər bu dəfəki “Eurovision”da da Azərbaycana qarşı təxribat törədə bilər

کشور

3 Fevral 2012, 17:52

Azərbaycana qarşı hər fürsətdə bədnam siyasətdən faydalanmağa çalışan Ermənistan əvvəlki “Eurovision” yarışmalarında da müxtəlif təxribatlar həyata keçirməyə cəhd göstərib. Xain qonşular həm musiqi, həm də ərazi təqdimatında Azərbaycana məxsusu olanları öz adlarına çıxıblar. Norveçdəki “Eurovision” yarışmalarında isə Ermənistandan olan nümayəndə “Telenor Arena”ya qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı ilə daxil olmuşdu. 
2009-cu ildə Moskvada təşkil olunan müsabiqədə onlar Daglıq Qarabagı öz əraziləri kimi göstərdilər.

Bu hallar bir daha təkrarlana bilərmi? Azərbaycan hansı addımı əvvəlcədən ata bilər?
Modern.az saytının əməkdaşı Azərbaycanın “Eurovision-2012” üzrə İşçi qrupunun piar və kommunikasiya rəhbəri Tahir Məmmədova müraciət edib. O, bildirib ki, “Eurovision”a qatılan ölkələr Avropa Yayım Birliyinin qoyduğu qaydalara riayət edirlər və əgər bu qaydalardan kənara çıxma halı varsa, Avropa Yayım Birliyi həmin qeyri-qanuni qaydalara zidd fəaliyyətlə bağlı ölçü götürür.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı