Modern.az

6 fevralda qarlı və şaxtalı hava

6 fevralda qarlı və şaxtalı hava

Ölkə

5 Fevral 2012, 19:51

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məluamata görə, fevralın 6-da Bakıda və Abşeron yarımadasında səhər və axşam bəzi yerlərdə zəif qar yağacağı gözlənilir. Temperatur gecə 4-8° şaxta, gündüz 1-3° isti olacaq.
Bakıda gecə 5-7° şaxta, gündüz 1-3° isti olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Naxçıvan Muxtar Respublikasında əsasən axşam saatlarında zəif qar yağacağı gözlənilir, bəzi yerlərdə duman olacaq. Temperatur gecə 13-18° şaxta, gündüz 1° şaxtadan müsbət 4°-dək isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,Daşkəsən, Gədəbəy rayonlarında fasilələrlə zəif qar yağacağı gözlənilir, bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında əsasən axşam və gecə zəif qar yağacağı gözlənilir, bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında fasilələrlə qar yağacağı gözlənilir, arabir duman olacaq.
Temperatur gecə 7-12° şaxta, gündüz 0-5° şaxta, dağlarda gecə 15-20° şaxta, gündüz 5-8° şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 18-23° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən axşam və gecə zəif qar yağacağı gözlənilir, bəzi yerlərdə duman olacaq. Temperatur gecə 0-4° şaxta, gündüz 2-5° isti olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında fasilələrlə qar yağacağı gözlənilir, dağlarda duman olacaq. Temperaturun gecə 2-5° şaxta, gündüz 0-3° şaxta, dağlarda gecə 11-16° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı