Modern.az

İspaniyanın Tədqiqat Mərkəzinin ABU ilə bağlı qeyri-obyektivliyi

İspaniyanın Tədqiqat Mərkəzinin ABU ilə bağlı qeyri-obyektivliyi

Ölkə

7 Fevral 2012, 17:05

2012-ci ilin yanvar ayında İspaniyanın Dövlət Elmi Tədqiqat Mərkəzində dünya ali məktəblərinin ümumi gücü, müasirliyi, o cümlədən elektron-virtual dünyada gücü, tanınması əsas götürülərək 23 000 ali məktəb, o cümlədən Azərbaycandan 38 ali məktəb növbəti dəfə öyrənilib, tədqiq olunub.

Nəticədə ali məktəblərin adı açıqlanıb, onların hər birinin tutduğu yer elan edilib. Reytinq üzrə yüksək liqada (ilk 1/3) Azərbaycandan yalnız bir ali təhsil müəssisəsi – Xəzər Universiteti yerləşib (6233-cü yer). İkinci liqada (ikinci 1/3) ilk 3 yeri Qafqaz Universiteti (7771), Bakı Dövlət Universiteti (8833), Azərbaycan Diplomatiya Akademiyası (8926) tutur.

Modern.az saytının məlumatına görə, reytinq cədvəlində ölkəmizdən olan 38 ali məktəb arasında Azərbaycan Beynəlxalq Universitetinin (ABU) də  (16434-cü yer) adı var. Halbuki, ABU-nun fəaliyyəti  2010-cu ilin sentiyabr ayında dayandırılıb. Bununla bağlı 2010-cu il sentyabrın 1-də təhsil naziri Misir Mərdanov əmr imzalayıb.

Qeyd edək ki, 2004-cü ildən bəri dünya ali məktəblərinin Webometrics adlı reytinqi elan olunur. Bu reytinq tədqiqatını dünyanın nüfuzlu tədqiqat mərkəzlərindən biri - İspaniyanın məşhur Dövlət Elmi Tədqiqat Mərkəzi (Consejo Superior de İnvestigac Cientifacasiones) aparır. Onlar Stanford Universitetinin və Google tədqiqatçılarının metodologiyasını əsas götürürlər. Bu mərkəz 1907-ci ildə Nobel mükafatı laureatı prof. Ramon y Cajal tərəfindən yaradılıb.

Bu bir daha onu sübut edir ki, reytinq cədvəli heç də düzgün və dəqiq hazırlanmayıb. Hal hazırda fəaliyyət göstərməyən bir universitetin adının reytinq cədvəllində olması bizə bunu deməyə imkan verir.

Siyahı burada -  //www.webometrics.info/rank_by_country.asp?country=az

Sevinc İLTİFATQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı