
2012-ci il martın 9-da, saat 10:00-da, AFFA-nın inzibati binasında AFFA-nın hesabat-seçki konfransı keçiriləcək. Modern.az saytının xəbərinə görə, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) məlumat verilib. Konfransda AFFA-nın prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçiləcək.
Qeyd edək ki, hazırki AFFA prezidenti Röpvnəq Abdullayevin 4 illik səlahiyyət müddəti artıq başa çatır.
AFFA prezidenti vəzifəsinə növbəti əsas namizəd də yenə elə Rövnəq Abdullayev hesab edilir. Düzdür, mediada Dövlət Neft Şirkətinin prezidenti olan R.Abdullayevin işlərinin çoxluğuna görə AFFA-dakı vəzifəsindən ayrılacağı barədə versiyalar irəli sürülüb. Amma bu versiyalar rəsmən təsdiqlənməyib.
Modern.az