Modern.az

Bakıda "bomj"lar üçün müvəqqəti sığınacaqlar yaradılıb

Bakıda "bomj"lar üçün müvəqqəti sığınacaqlar yaradılıb

Ölkə

10 Fevral 2012, 12:24

Ölkəmizdə qarlı-şaxtalı hava şəraitinin hökm sürməsi ilə əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhərinin müxtəlif yerlərində səyyar sığınacaqlar təşkil olunub.

Sığınacaqlarda yaşayış yerinə getməkdə, o cümlədən rayondan Bakıya gələrək yenidən rayona qayıtmaqda çətinlik çəkənlər, açıq havada səyyar iş görənlər, faktiki yaşayış yeri uzaqda olanlar, yaşayış və ya gecələmək üçün yeri olmayanlar (küçə uşaqları, atılmışlar və s.), yaxud müvəqqəti isinməyə və ilk yardıma ehtiyac duyan vətəndaşlar 24 saat ərzində yataqla, 3 dəfə isti yemək və çayla, istiliklə, lazım gəldikdə tibbi xidmətlə təmin olunurlar.

Modern.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən bildirir ki, sığınacaqlar Bakının Nərimanov (Şərq bazarı yaxınlığında ,Xətai prospekti, 11),  Nəsimi, ( Nəsimi bazarının yaxınlığı ,S.Rüstəm küç. 69), Xətai (Bakı kinoteatrının qarşısı, Sarayev küç. 20), Xəzər (Xəzər bazarının yaxınlığı, A.İldırım küç. 18) və Nizami (Xalqlar Dostluğu metrosunun yaxınlığı, Q.Qarayev küç 118) rayonlarında yerləşir.

Nazirlik belə insanlar bərədə sutka ərzində "qaynar xətt"ə-142-yə məlumat verilməsini xahiş edib..

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı