
Modern.az saytının məlumatına görə, Rusiyanın baş naziri Vladimir Putin 142 milyon olan əhalisi olan ölkənin əhalisinin 2050-ci ildə 107 milyona düşməməsi üçün bir sıra tədbirlərin görülməsini istəyir. 4 Mart 2012-ci il tarixində keçiriləcək prezident seçkilərinin favorit namizədi olan Putin Rusiyada ailələrdə üçüncü uşağın doğulmasına görə ayda 7 min rubl (240dollar) pul veriləcəyini vəd edib. Baş nazir "xüsusilə bölgələrdə yaşayan ailələr üçüncü uşaq üçün əhəmiyyətli maliyyə dəstəyi alacaq. Bu da təxminən aylıq 7 min rubla bərabər gəlir" deyib. Putinin sözlərinə görə, üç və daha çox uşaq ailədə kasıblıq səbəbi hesab edilməməlidir. Baş nazir büdcə əlverişli olduğu qədərilə fərqli dəstək proqramlarının da dövrəyə girə biləcəyini qeyd edib.
Beynəlxalq qurumların araşdırmalarına görə, bəzi ölkələrdə ciddi şəkildə əhali azalması riski yaranıb. Bunlardan biri də Rusiyadır. Araşdırmalara görə, hazırda əhali sayı 142 milyon olan Rusiyanın 2050-ci ildə əhali sayı təxminən 126 milyon 674 minə düşəcək. Ehtimal olunan azalma 11% proqnozlaşdırılır.
Modern.az