Azər Həsrət
Öncədən demək istərdim ki, bu yazımı oxuyanlardan kimsə məni 20-ci yüzilin ən qəddar cəlladı Adolf Hitlerə rəğbətdə ittiham edərsə ədalətsizliyə imza atmış olacaq. Heç bir zaman bu insana rəğbətim olmadı. Olması da imkansızdı. Çünki Hitler nəinki 300 mini Azərbaycanlı olmaqla 2-ci dünya savaşında canını fəda etmiş milyonlarla türkün, ümumiyyətlə insanlığın düşməni idi. Və ən əsası isə mənim hər zaman özəl bir rəğbət bəslədiyim almanların inkişafını bəlkə də on illər geriyə atmış birisi idi. Bununla belə, hər zaman inandığım bir həqiqətdən yola çıxaraq onun bu günlərdə oxuduğum “Mənim savaşım” (Mein Kampf) kitabının 1-ci cildində diqqətimi çəkən bəzi fikirlərini paylaşmağı gərəkli sayıram. Ona görə ki, bu insan bir mənfi və zərərli tip olsa belə yazdıqları ilə razılaşmamaq mümkün deyil. Beləliklə, Hitler belə demişdir:
“Alman gənci, bir alman olduğunu unutma! Alman qızı, bir gün gələcək bir alman anası olacaqsan, daim bunu düşün!” – Şərhə gərək varmı? Məncə, yox.
“Gənclik nə qədər alman ucalığı və şərəfindən uzaqlaşdırılmağa çalışılırsa çalışılsın, o, bu alçaq mübarizəyə cavab verəcək, öz cib xərcliyindən kəsərək savaş xəzinəsini yaradacaq.” – Hitler bu sözləri Almaniya 1-ci dünya savaşında zəif duruma düşdüyü zaman deyirdi.
“Xanədan ətrafa qarşı Avstriyanın bir alman dövləti olduğu qənaətini verərkən, daxildə almanları əzir, üsyan və kin hislərini körükləyirdi.” – Allah bizi bundan qorusun.
“…müdafiə etdikləri iddiaların heç birinin işə yaramadığını görəndə çaşıb qalarlar. Başa düşülmədiklərini utanmadan xalqın nankorluğu şəklində ifadə edərlər.” – Günümüzün bəzi siyasi iddialıları üçün nə qədər də keçərli bir fikirdir…
“Alman olmaq qürurunun mənbəyinin Almaniyanın böyüklüyünü və qüdrətini dərk etmək olduğunu bilənlər nə qədər idi, əcəba? Bu da bilinirdimi ki, bir qisim kübar çevrələrdə bu qürur və onun mənbəyi ələ salınırdı?” – Günümüz Azərbaycanı üçün də keçərli bir fikirdir, deyilmi?
“Kino və şübhəli mətbuat milli böyüklüyümüzün dəyərini xalqa tanıtmaq bir yana dursun, pozucu bir rol oynayır.” – Bu fikri də, nə yazıq ki, günümüz Azərbaycanına şamil etmək olar.
“Slavyançılığın cəmiyyətə verdiyi “eyni kökdən gəlmək” gücünü gözümüzdə böyütməməliyik.” – Təəssüf ki, günümüz Azərbaycanında bəziləri Türklərlə slavyanları bir-birinə calaq etmək fikrini hələ də yaşatmağa çalışırlar.
“Qadınlar necə zəiflərə təzyiq etdikləri halda güclülər qarşısında diz çökərlərsə, topluluq da avtoritar olanı zəiflərdən üstün tutar.” – Bunu da şərh etməkdən vaz keçirəm.
“Sosial-demokratiya qiymətli və layiqli adamlara hücum edər, müxalif partiyanın zəif adamlarını isə gizli bir şəkildə tərifləyər.”- Burada sosial-demokratiya sözünü cəmiyyətimizə uyğun bir ifadəylə əvəz edə bilərik.
“…dəhşət və qorxunun yolu eyni dərəcədə başqa bir dəhşət və qorxu tərəfindən kəsilməlidir.” – Əslində, Hitlerin siyasi yüksəlişinin başlıca səbəbi budur.
“…inək beyinli bir neçə yüksək vəzifəli məmur qorxularından gələcəkdə onlara xoş münasibət göstəriləcəyi ümidi ilə həmişə düşmənə yardım edər.” – Düz sözə nə deyəsən?
“Bunlar millətin böyüklüyünü yaradan hər şeyi pisləyir, tariximizi ləkələyir və irqimizin böyük adamlarına şər atırdılar.” – Hazırda Azərbaycanda Babək, Xətai, Koroğlu kimi tarixi şəxsiyyətlərimizlə bağlı gedən müzakirələr baxımından bəzi adamlara da şamil edilə bilər.
“…düyünlü nöqtələrdə hər dəfə səhv edən bir lider irəlidə ikinci bir səhv daha işlədə bilər. Bu liderin vətəndaşından onu qəbul etməyini, ona güvənməyini istəməyə daha haqqı yoxdur.” – Bu fikri də layiq olanlar üçün sitat gətirdim.
“Qocalmış dövlət var olduğu dövrdə alman millətinin məclisdə birinci dərəcəli bir yerə yüksəlməyinə heç bir şəkildə imkan verməyəcəkdi.” – Bunu da kim necə istəyir, o cür də alqılasın.
“Mətbuat bəsit və əhəmiyyətsiz bir hadisəni bir neçə gün içində vacib dövlət probleminə çevirməyi asanlıqla bacarırdı. Eyni zamanda vacib bir problemi millətə unutdurmağa da müvəffəq olurdu.” – Bu da günümüz Azərbaycanı üçün keçərli fikirdir.
“Bu fikir quldurlarının lənətlənmiş hədəflərinə çata bilmək üçün etməyəcəkləri alçaqlıq yoxdur. Bunlar ailə problemlərinin içinə qədər müdaxilə edərlər.” – Söhbət yenə də antimilli mətbuatdan gedir.
“Bir hökumət bir milləti hər yoldan istifadə edib fəlakətə apararsa, bu millətin hər fərdi üçün üsyan sadəcə bir haqq yox, artıq bir vəzifə olur.” – Hitler, əslində, bu sözlərlə üsyan edirdi.
“Ailəsi çex dilində danışan Ferdinandın həyat yoldaşı bir ənənə halına gələn və almanlara düşmən hislər bəsləyən bir mühitdə yetişmişdi.” – Söhbət öldürülməsinin 1-ci dünya savaşına səbəb olduğu Avstriya şahzadəsi Frans Ferdinanddan gedir.
“Qoca monarxiyanın öz sərhədləri içərisində hər cür yola baş vuraraq almanlığın kökünü qazmaq niyyəti Avstriyanın pangermanizm hərəkatının doğulub inkişaf etməsi üçün bir təkan oldu.” – Demək ki, almanlar hələ də alman olduqlarını xatırlamağa davam edirmişlər o zaman.
“Zülm və basqı altında olan millətin varlığını qoruma iradəsi ilə apardığı mübarizədə istifadə etdiyi hər cür vasitə təbii sayılmalıdır.” – Haqsız sayılmaz bu adam.
“Varlığını sürdürmək üçün mübarizəyə hazır olmayan və ya buna qüdrəti çatmayan bir millət Tanrı tərəfindən əbədi olaraq yox olmağa məhkum edilmişdir.”- Heç şərhə gərək yox!
“Sülhü xilas etmək üçün edilən cəhdlər müharibəni daha uyğunsuz bir zamana təxirə salmaqdan başqa bir işə yaramayacaqdı.” – Ermənistanla münasibətlərimizə də aid etmək olar.
“Əgər əlimdə imkan olsaydı siyasət adamlarını bir yerə toplayıb onlardan bir zibildaşıyan dəstəsi yaradardım. Çünki bu yaramazlar doğru və namuslu adamları əsəbiləşdirmədən və onlara ziyan vurmadan ancaq bu işi həyata keçirə bilərdilər.” – Bir çox siyasətçimizə şamil edilə biləcək bir fikirdir.
“Heç kim öz nəslinin və bunun nəticəsi olaraq millətinin ziyanına günah işləmək azadlığına sahib deyil.” – Düz sözə nə deyəsən?
“Dünyada özü dəyərli bir şey ortaya qoya bilməyən və bu cəhddə bulunmayan bir şəxs həqiqi sənət əsərlərinin hamısına kin bəsləyər və onların dəyərini inkar edər.” – Belələrini biz də az görmədik.
“İnanclara qarşı aparılan mübarizə dövlətin bütün qanunlarına qarşı aparılan mübarizəyə bənzəyir.” – Hə, bu da haqsız bir fikir deyil axı.
“Gələcək nəsil yalnız öz mənfəətlərini düşünən və yalnız özləri üçün çalışanları unudur, şəxsi xoşbəxtlik və mənfəətlərindən imtina edənləri isə göylərə qaldırır.” – Bu da bəzi adamların qulağında sırğa olsun məncə.
“Bir millətin var olma gücünü cansız silahların bir yerə toplanması yox, milli birlik və varlıq haqqında atəşli bir iradənin və ölümü gözə alacaq dərəcədə qəhrəmanca bir cəsarətin varlığı təmin edər.” – Bunu da Hitler deyir və düz deyir.
“Alman millətini öz fikir mənbələrində olmayan düşüncələrdən qurtarmaq istəyən adam ən əvvəl milləti bu yanlış yola sürükləyənlərdən qurtulmalıdır.” – Qurtuluşun yolunu o, belə görürdü.
“Bir adam “ideya” dediyi şey uğrunda 30-40 il mübarizə aparıb hər hansı bir uğur qazanmayıbsa və rəqibini məğlub edə bilməyibsə, bu 30-40 illik nəticəsiz məşğuliyyət onun qabiliyyətsiz olduğunun açıq dəlilidir.” – Bu fikir də stajlı “siyasətçilər” üçün deyilib.
Hitlerin bu fikirlərini haqlı saymamaq mümkün deyil. Bununla belə onun əməllərinin bütün insanlığa nələr verdiyi də unudulmamalıdır. Üstəlik o da nəzərə alınmalıdır ki, Hitler bu fikirləri hələ hakimiyyət başına gəlməmişdən və dünyanın başına bəla olmamışdan öncə yazıb. Fikirlərinin diqqətimizi çəkməsinin əsas səbəbi isə bir zamanlar ayaqlar altına atılmış Alman millətinin durumunun günümüz Azərbaycanının durumu ilə bir çox məsələlərdə bənzər olmasıdır. Anlaması gərəkənlər üçün əlbəttə.