Modern.az

Ağdamda minalanmış sahədə genişmiqyaslı yanğın başlayıb

Ağdamda minalanmış sahədə genişmiqyaslı yanğın başlayıb

Hadisə

24 Avqust 2026, 23:10

Ağdamda genişmiqyaslı yanğın başlayıb.

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Abdal-Gülablı kəndində baş verib.

Yanğın qısa müddətdə 30 hektar əraziyə yayılıb.

Əraziyə Ağdam və Xocalı rayonlarının yanğınsöndürənləri cəlb edilib. Ərazinin minalı olması yanğına müdaxiləni çətinləşdirir.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!