Modern.az

Azərbaycan millisi Rumıniyanı məğlub etdi

Azərbaycan millisi Rumıniyanı məğlub etdi

İdman

25 Avqust 2026, 04:36

Azərbaycanın qadın voleybol millisi Avropa çempionatında üçüncü qələbəsini qazanıb.

Modern.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi yığma C qrupunun 3-cü turunda Rumıniya ilə qarşılaşıb.

Milli Gimnastika Arenasında keçirilən görüşdə millimiz 3:2 (25:21, 25:23, 15:25, 22:25, 15:8) hesabı ilə qalib gəlib.

Beləliklə, Portuqaliya və İspaniyadan sonra Rumıniyanı da məğlub edən Azərbaycan millisi 8 xalla C qrupunda liderliyini davam etdirir. Qrup oyunları avqustun 28-dək Bakıda keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!