Modern.az

Arif Rəhimzadə nazirliyin Bələdiyyələrlə İş Mərkəzindən narazılıq etdi

Arif Rəhimzadə nazirliyin Bələdiyyələrlə İş Mərkəzindən narazılıq etdi

Ölkə

14 Fevral 2012, 13:55

“Mərkəz bələdiyyələri cəzalandırmaqla mıəşğuldur”

“Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi yalnız bələdiyyələri yoxlamaqla, onları cəzalandırmaqla məşğuldur”. Modern.az saytı xəbər verir ki, bu sözləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə parlamentin bugüngü iclasında deyib. Komitə sədrinin fikrincə, ölkədə bələdiyyələrin hüquqları pozulur. Lakin Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi bu pozulan hüquqlarla bağlı heç bir iş görmür, əslində bu qurumun sözü də keçmir”.

Arif Rəhimzadə iradlarını Ədliyyə Nazirliyinə də ünvanlayıb. Onun sözlərinə görə, nazirlik Bələdiyyələrlə İş Mərkəzini yaratmaqla işini bitmiş sayıb. Komitə sədri deyib ki, Azərbaycanda bələdiyyələrin 1/3-nə, təxminən 600-ünə torpaq üzərində mülkiyyət hüququ verilməyib.

Parlamentin iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan kimi Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin illik məruzəsi dinlənilir. Məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı