Modern.az

2020-ci il üzrə dövlət büdcəsinin gəlir və xərcləri - Rəsmi PROQNOZ 

2020-ci il üzrə dövlət büdcəsinin gəlir və xərcləri - Rəsmi PROQNOZ 

Ölkə

13 Sentyabr 2019, 16:45

2020-ci ildə dövlət  büdcəsinin xərcləri 25617,7 mln. manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 427,7 mln. manat çoxdur.


Maliyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə,  büdcə xərclərinin tərkibində sosialyönlü  xərclərin  xüsusi  çəkisi 40,7  faiz  təşkil edəcək ki, bu da 2019-cu illə müqayisədə 9,9 faiz və ya 2664,2 mln. manat çoxdur


2020-ci ildə dövlət  büdcəsinin gəlirləri 24484,0 mln. manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1316,0 mln. manat və ya 5,7 faiz çoxdur.

2020-ci ildə dövlət büdcəsinin kəsirinin 1133,7 mln. manat olması planlaşdırılır ki, bu da  cari  ilin  göstəricisindən 888,3 mln.  manat  və ya  43,9 faiz  azdır..

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı