Modern.az

Zahid Oruc: “Azərbaycan Qərbin İrana qarşı iqtisadi sanksiyalarına qoşulmalıdır”

Zahid Oruc: “Azərbaycan Qərbin İrana qarşı iqtisadi sanksiyalarına qoşulmalıdır”

Ölkə

14 Fevral 2012, 17:13

Millət vəkilinin fikrincə, bu addımın atılmasına İran özü şərait yaradır

“İran ətrafında beynəlxalq gərginlik artıqca, hiss olunur ki, bu ölkənin dini və siyasi dairələri həmin təzyiqi paylaşmaqla regionu müharibə ilə əhatə etmək xəttini üstün götürüblər. Bu ölkəmizə yönəlmiş provakasiya siyasətinin intensivliyinin artması ilə müşahidə edilir və aşkar şəkildə görünür ki, bu işə real hədəflər qoymaqla ona doğru getmək imkanlarını tamamilə itirməkdədirlər”.
Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvi, millət vəkili Zahid Oruc deyib. Onun sözlərinə görə, bu, bir tərəfdən xalqla hakimiyyət arasında dərin uçurum, müxtəlif iqtisadi, sosial, siyasi böhran yaradıb, digər tərəfdən Qərbin sanksiyaları İranda fövqalədə bir vəziyyət formalaşdırıb:

“Bunu dərhal Türkiyə və Azərbaycanın əleyhinə istifadə etməyə çalışan dairələr bir tərəfdən terroru açıq şəkildə bizim ölkəmizə yönəliklə istifadə etməyə başladılar, o biri tərəfdən də digər səviyyələrdə informatik siyasi hücumlarını açıq müstəviyə keçiriblər. Ölkəmizin xarici dairələrin anti-Tehran blokuna qoşulmaq üçün Azərbaycana etdikləri təzyiqin qarşısında bu illər ərzində tab gətirməsi İran dairələri tərəfindən qiymətləndirilimir. Buna qarşılıq verən Azərbaycan parlamentariləri, siravi insanları bu məsələdə İranın hərəkətlərini pislədikcə hiss olunur ki, bu diplomatik siyasi qalmaqal dərinləşməkdədir və yəqin ki, bundan sonrakı dönəmdə münasibətlərin yeni bir fazasına keçməsinə səbəb ola bilər”.

Deputat qeyd edib ki, faktiki olaraq bu dönəmə qədər İranın nüvə silahı əldə etməsi yönündə məruz qaldığı beynəlxalq məsələlər fonunda ölkəmiz, eyni zamanda siyasət adamları xeyli neytrallıq göstərməyə çalışıblar:

“İran çalışır ki, onunla müharibə üçüncü bir ölkədə olsun və İkinci Dünya Müharibəsindən sonra bu hadisə də bütün reigionu əhatə etsin, hümanitar fəlakət yaşansın. Bununla bağlı İranın qərar verməsi səbəbindən, faktiki olaraq bizi hədəf götürmək üçün gerçək addımlar atılmaqdadır. Faktiki olaraq bu günlərdə verilən nota və bundan sonra atılacaq digər addımlar sübut edir ki, İran bizi neytrallıq siyasətimizdən çıxaraq qərar verməyimizə təhrik edir”.

Zahid Oruc bunu arzulamadıqlarını qeyd etməklə yanaşı, bildirib ki, hətta İranla normal münasibətləri istəyən ən ehtiyatlı dairələr belə, bu gün həmin xətdən imtinaya üstünlük verirlər:

“Biz deyirdik ki, İkinci Dünya Müharibəsində  Türkiyə neytral siyasət aparırdı. Biz də Azərbaycan üçün İranla dünyanın müharibəsində belə bir mövqeni düşünürdük. Halbuki, İranın bu davranışları Azərbaycanı vadar edəcəkdir ki, biz də Qərbin sanksiyalarına qoşulaq”.

Parlamentin üzvü kimi bunu Milli Məclisdə gündəmə gətirdiyini deyən millət vəkili bildirib ki, İranla Azərbaycan arasındakı iqtisadi və ticarət dövriyyəsi bizim maraqlarımıza - yəni məhz sosial sahəmizə, həyatımızın bilavasitə quruculuğuna o dərəcədə yüksək təsir göstərmir:

“Əksinə bunun çox ziyanları var. Mən belə düşünürəm ki, Azərbaycan öz ərazisini hərbi plasdarm kimi Qərbə təklif etməsə belə, artıq regionda yaşanan son həlledici geopolitik dəyişikliklər fonunda Qərbin bu bölgəyə qarşı iqtisadi sanksiya rejiminə Azərbaycan da qoşulmalıdır və İranla bir sıra münasibətlərindən imtina etməlidir. Çünki bunun alternativi bizim üçün əksinə daha ağır nəticələr doğura bilər”.

Anar KƏLBİYEV

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı