Modern.az

Mollalar attestasiyadan hansı standartlarla keçirilir?

Mollalar attestasiyadan hansı standartlarla keçirilir?

Ölkə

15 Fevral 2012, 13:42

Hacı Musəvi: “Attestasiya zamanı mollaların savadlı olub-olmamasına tam qiymət verilmir”

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) 2010-cu ilin axırlarında cənub zonasının 6 rayonu üzrə fəaliyyət göstərən mollaları attestasiyadan keçirdi. Sonra Salyan və Neftçala rayonundan olan mollalar da attestasiyadan keçdilər və prosesin digər bölgələrdə davam edəcəyi gözlənilir. Bu prosesin obyektiv və şəffaf keçirilməsinşübhə edənlər var.

Attestasiya komisiyasının sədri Hacı Mirəziz Seyidzadə Modern.az saytına müsahibəsində bildirmişdi ki, imtahandan keçə bilməyənlər üçün bir çox yerdən ona  zəng vururlar: “Hətta Prezident Administrasiyasından zəng edib filankəsi attestasiyadan keçirməyi məsləhət görürdülər”.

Bəs, görəsən prosesin obyektivliyinə dövlət qurumlarının, ruhanilərin münasibəti necədi?

Modern.az saytı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən və dindarlardan bu məsələyə münasibət öyrənib.
DQİDK-nin  mətbuat xidmətinin rəhbəri Saleh Aslanov deyib ki, komitə mollaların attestasiyadan keçirilməsi prosesinə müdaxilə etmir: “Mollalar QMİ-yə tabe olduğu üçün, onların attestasiyadan keçib-keçməməsi də həmin idarənin səlahiyyətindədi. Ümumilikdə isə Dini Komitənin QMİ-nin keçirdiyi mollaların attestasiya prosesinə münasibəti normaldı”.

Əlyazmalar İnstitutunun əməkdaşı, ruhani Hacı Musarıza Musəvi mollaların attestasiya prosesinin gedişi ilə tanış deyil: “Attestasiya prosesini yaxından izləməsəm də, deyə bilərəm ki, mollaların   attestasiya zamanı hər şeyi diqqətlə yoxlamaq mümkün deyil. Çünki attestasiya elə bir prosesdir ki, mollaların elminə, savadına tam qiymət verilmir. Onlar bir neçə suala cavab verirlər. Attestasiyanı ona görə aparırlar ki, kənar adamlar ora daxil olmasınlar. Amma onları tamamilə  kənarlaşdırmaq olmaz. Bu halda kadr çatışmazlığı yarana bilər”.

Hacı Musəvi attestasiya prosesinin tam obyektiv keçirildiyinə isə inanmır.

Mail Ağaxanov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı