Modern.az

Əfqanıstan döyüşlərinin azərbaycanlı veteranları: "...Əmr gözləyirik"

Əfqanıstan döyüşlərinin azərbaycanlı veteranları: "...Əmr gözləyirik"

Ölkə

15 Fevral 2012, 15:38


Sovet qoşunlarının 1989-cu ildə Əfqanıstandan çıxarılmasının 23-cü il dönümü ilə əlaqədar Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin üzvləri və Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun kollektivi Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və torpağlarının bütövlüyü uğrunda şəhid olan döyüşçülərin məzarını  ziyarət edbilər.
Azərbaycan Respublikası Beynəlmiləlçi Döyüşçülər Fondunun prezidenti, Əfqanstan və Qarabağ müharibəsinin veteranı Sərraf Oruc bildirib ki, 1979-cu il dekabr 25-indən 1989-cu il fevralın 15-nə qədər, Sovet İttifaqının 40-cı ordusu Əfqanıstan ərazisində olduğu müddətdə beynəlmiləlçilik missiyasını yerinə yetirərək 416 iri miqyaslı hərbi əməliyyatlar keçirib. Ən böyük əməliyyatlardan biri olan “Maqistral” əməliyyatı 1987-1988-ci illərdə kənd təsərrüfatı mallarını daşımağa mane olan qruplaşmaları dəf etmək üçün  keçirilib.

10-il müddətində, SSRİ tərkibində olan keçmiş Sovetlər respublikalarından 68 millətin nümayəndəsindən ibarət 620 min nəfər hərbçi Əfqanıstandakı hərbi əməliyatlarda iştirak edib. Bundan əlavə 525 min əməkdaş SSRİ Dövlət Təhlükəsizlik Komitəsindən, 5 min nəfərə yaxın isə SSRİ DİN-dənorada xidmət edib.

Bunlardan 547 min nəfər döyüş əməliyyatlarında iştirak edib, 21 min nəfər işçi və qulluqçu əmək fəaliyyəti ilə məşqul olub.

Əfqanıstanda ümumi döyüşlərdə və keçirilmiş hərbi əməliyatlarda Sovet ordusundan 14453 nəfər həlak olub, 292 nəfər itkin düşüb, 5753 nəfər isə müxtəlif dərəcələrdə bədən xəsarəti alaraq yaralanıb.

İtkilər bununla da bitməyib, Əfqanıstandan qayıtdıqdan sonra da 3203 nəfər hərbçi aldığı yaralar nəticəsində dünyasını dəyişib.

Əfqanıstanda ümumi döyüşlərdə və keçirilmiş hərbi əməliyatlarda Sovet ordusunun  86 nəfəri Sovet İttifaqı Qəhramanı adına layiq görülüb (25 nəfər ölümündən sonra), 200 minə yaxın hərbçi isə müxtəlif döyüş orden və medalları ilə təltif olunub.

Sovet İttifaqı Əfqanıstan Demokratik Respublikasına dəstək olaraq 10 il müddətində təxminən 800 milyon ABŞ dolları yardım göstərib. Sovet İttifaqının Əfqanıstanda 40-cı ordunun saxlanması və hərbi əməliyyat xərcləri isə 3 miliyard ABŞ dollarından çox olub.  Sovet  ordusunun  Əfqanıstan müharibəsində 147 tank, 1314 zirehli transpartyor, 433 artileriya sistemi, 118 təyyarə və 333 vertolyot texnikası itkisi olub. 
    
Məlum Cenevrə razılaşmasına əsasən, 40-cı ordunun Əfqanıstandan çıxarılmasına 1988-ci il 15 mayda başlanıb və bu proses 15 fevral 1989-cu ildə başa çatıb. MDB üzvü olan dövlərdə keçmiş Əfqanstan döyüşçüləri məhz 15 fevralı təntənəli surətdə qeyd edirlər.

S.Oruc bildirib ki, 7500 nəfər azərbaycanlı döyüşçü Əfqanıstan müharibəsində iştirak edib. Onlardan 208 nəfəri hərbi əməliyatlarda həlak olub, 450 nəfəri əlil olub, 7 nəfəri isə itkin düşüb. 1400 nəfər azərbaycanlı isə isə mülkü işlərdə xidmət edib.

Böyük döyüş təçrübəsinə malik olan azərbaycanlı Əfqanstan veteranları Azərbaycanın Milli Ordusunun yaranmasında xususi rolu olub və onların əksəriyyəti Dağlıq Qarabağ uğrunda yenidən əllərinə silah alaraq fədakarcasına döyüşüblər.

 S.Orucun sözlərinə görə, 2 noyabr 1993-cü il tarixində mərhum prezident  Heydər Əliyev televiziya vasitəsi ilə xalqa müraciətində Azərbaycan Respublikasının bütün vətəndaşlarını həmrəyliyə, birliyə dəvət edən  vaxt  Əfqanstan döyüşçülərinin 4500 nəfəri bu çağırışa qoşulub.

Onlar Qarabağda erməni işğalçılarından torpağlarımızın azad olunması üçün Azərbaycanın Milli Ordusunda ilk xüsusi təyinatlı döyüş batalyonu təşkil edərək qəhrəmancasına döyüşə atılıblar. Onlardan 76 nəfəri şəhid, 45 nəfəri əlil olub, 6 nəfəri isə itkin düşüb. Əfqanıstan döyüşçülərindən Qarabağda torpağlarımızın azad oluması uğrunda erməni işğalçılarına qarşı gedən qızğın döyüşlərdə göstərdikləri qəhrəmanlıqlara görə 7 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, 37 nəfər “Azərbaycan Bayrağı Ordeni”,  bir çoxu isə döyüş medalları ilə təltif olunub. Hazırda da keçmiş Əfqanıstan döyüşçüləri Azərbaycan Silahlı Qüvvələrində müxtəlif yüksək rütbəli vəzifələrdə də xidmət edirlər.

S.Oruc deyirb ki, əgər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hərb variantından istifadə edib müharibə əmrini verərsə, onda keçmiş Əfqanstan döyüşçüləri Qarabağda işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda döyüşməyə hazırdırlar.


Mail Ağaxanov         

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı