Gənclər ali təhsilin bakalvr pilləsini bitirdikdən sonra təhsillərini davam etdirmək üçün magistratuya üz tuturlar.
Apardığımız sorğu nəticəsində belələri tədris ilinin ilk günlərindən peşman olurlar. Belə ki, onlar gözlədiklərinin əksinə olaraq magistraturada yeni bir şey öyrənə bilmirlər. Tələbə bakalvrda ayrı-ayrı ixtisas üzrə keçdiyi dərsləri eyni ilə magistraturada seçdiyi ixtisasda təkrar öyrənir.
Bunu əlaqə saxladığımız əksər magistirlər də təsdiqləyirlər.
Lakin Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsi müdirinin müavini Zinyət Abdullayeva deyilən fikirlərlə razışlamayıb. O, Modern.az saytına açıqlamasında bildirib ki, magistratura heç də bakalavr pilləsinin təkrarı deyil. Onun sözlərinə görə, bu bakalavrda keçirilən təhsilin dərinləşdirilmiş formasıdır : “Çox söz deyilir, amma heç biri həqiqətə uyğun deyil. Magistraturada bakalvr proqramı tədris olunmur. Magistraturada seçilmiş ixtisasın dərinləşdirilmiş forması ona uyğun proqramlarla keçirilir”.
Ali təhsil müəssisələrinin magistratura proqramlarının dəyişdirilib dəyişdirilməyəcəyi ilə bağlı məsələyə gəlincə, Z.Abdullayeva artıq yeni tədris proqramlarının hazırlandığını və yeni tədirs ilindən onların tətbiq ediləcəyini bildirib.
Aytən ƏLİYEVA