Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sabahın hava proqnozunu açıqlayıb. Modern.az xəbər verir ki, qurumun məlumatına görə, saba Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin fevralın 16-dan 17-nə keçən gecə bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Sabah havanın temperaturu gecə 0-3 dərəcə isti, gündüz 4-6 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza görə, fevralın 17-18-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti, meteoroloji amillərin zəif və mülayim tərəddüdü metohəssas insanlar üçün nisbətən əlverişlidir. Fevralın 19-da atmosfer təzyiqinin xeyli yüksəlməsi, güclü xəzri küləyi fonunda soyuq və yağıntılı hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir.
Azərbaycanın rayonlarında fevralın 17-də gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi şimal və şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir.
Modern.az