Modern.az

Cabbar Savalanlı universitetə bərpa olundu

Cabbar Savalanlı universitetə bərpa olundu

Ölkə

16 Fevral 2012, 14:23

Modern.az saytının məlumatına görə, bir müddət öncə prezidentin sərəncamı ilə əfv edilən AXCP Gənclər Təşkilatının fəalı Cabbar Savalanlı əvvəllər təhsil aldığı universitetə bərpa olunub.

Cabbar Savalanlı bu il yanvarın əvvəlində Sumqayıt Dövlət Universitetinə bərpa olunmağı üçün ərizə ilə müraciət etmişdi. Modern.az saytının xəbərinə görə, artıq onun ərizəsinə müsbət cavab verilib.

Cabbar Savalanlı 2011-ci il fevralın 5-də tutulub, narkotik vasitəni əldə etmə və saxlamada təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 2011-ci il dekabrın 26-da prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb. Həbs olunan zaman Sumqayıt Dövlət Universitetinin II kurs tələbəsi olan Cabbar Savalanlı 2011-ci ilin aprelində bu təhsil ocağından xaric edilmişdi.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı