Modern.az

Akademiyaya həqiqi və müxbir üzvlərin seçkisi keçiriləcək - SİYAHI

Akademiyaya həqiqi və müxbir üzvlərin seçkisi keçiriləcək - SİYAHI

Ölkə

17 Fevral 2012, 15:55

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti Azərbaycan Milli Elmlər Akademiyası Nizamnaməsinin 15-ci bəndinə əsasən, AMEA-ya həqiqi üzvlərinn (akademiklərin) və müxbir üzvlərinin vakant yerlərinə seçkilər elan edib

Bu barədə Modern.az-a AMEA-dan məlumat verilib. Bildirilib ki, AMEA Nizamnaməsinin 16-cı bəndinə əsasən, elmin müvafiq istiqamətlərində geniş tədqiqatlar aparan, onu yeni biliklərlə zənginləşdirən, tanınmış elmi məktəblər yaradan Azərbaycan Respublikasının vətəndaşları və bir qayda olaraq AMEA-nın müxbir üzvü olan alimlər AMEA-nın həqiqi üzvü (akademik) seçilirlər.

Azərbaycan Milli Elmlər Akademiyası Nizamnaməsinin 17-ci bəndinə əsasən, elmin inkişafında görkəmli xidmətləri olan, onu tədqiqatları ilə zənginləşdirən və Azərbaycan Respublikasının vətəndaşları olan alimlər AMEA-nın müxbir üzvü seçilirlər.

Azərbaycan Milli Elmlər Akademiyası Nizamnaməsinin 21-ci bəndinə əsasən, AMEA üzvünün başlıca vəzifəsi şəxsi tədqiqatları və elmi tədqiqatlara rəhbərlik yolu ilə elmi yeni nailiyyətlərlə zənginləşdirməkdir. Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri AMEA-ya həvalə olunmuş vəzifələrin yerinə yetirilməsində fəal çalışmalı, onun Nizamnaməsinə ciddi əməl etməlidirlər. Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri elmi nailiyyətlərin tətbiqinə və onlardan elmi-mədəni quruculuqda istifadə olunmasına fəal kömək göstərməli, elmi kadrların hazırlanması sahəsində iş aparmalı, AMEA Rəyasət Heyətinin və müvafiq bölmənin elmi-təşkilati tapşırıqlarını yerinə yetirməli, Azərbaycan Milli Elmlər Akademiyasının və müvafiq bölmənin ümumi yığıncaqlarında iştirak etməlidirlər.

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərinə və müxbir üzvlərinə, elmi idarələrə, ali təhsil müəssisələrinə göstərilən ixtisaslar üzrə AMEA-nın həqiqi üzvlüyünə və müxbir üzvlüyünə namizədlər göstərmək hüququ verilir. Namizədlər elmi idarələr, ali məktəblər və elmi-ictimai təşkilatlar tərəfindən göstərildikdə namizədlərin seçilməsi gizli səsvermə yolu ilə aparılır. Namizədlərin irəli sürülməsi üçün adi səs çoxluğu kifayətdir.

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlüyünə və müxbir üzvlüyünə namizədlər haqqında AMEA Rəyasət Heyətinin təsdiq etdiyi qaydalara uyğun təqdimat bu elan dərc edildiyi gündən etibarən bir ay müddətində Azərbaycan Milli Elmlər Akademiyasına yazılı surətdə verilir və ona 2 nüsxədə aşağıdakı zəruri sənədlər əlavə olunur:

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlüyünə və müxbir üzvlüyünə namizədin irəli sürülməsi haqqında müvafiq qərar (gizli səsvermənin nəticələri göstərilməklə), yaxud təqdimat, tərcümeyi-hal, kadrların uçotu üzrə şəxsi vərəqə, elmi əsərlərin siyahısı (forma 3.3), ali təhsil haqqında diplomun, fəlsəfə doktoru, elmlər doktoru diplomlarının və professor attestatının surətləri, namizədin əsas iş yerindən xasiyyətnamə və 4x6 sm ölçüdə 3 ədəd fotoşəkil.

Sənədlər artıq Azərbaycan Milli Elmlər Akademiyası şəhərciyinin əsas binasında qəbul edilir.

Qeyd edək ki, aşağıdakı vakant yerlərə seçkilər keçiriləcək:

AMEA-nın elmi bölmələri, ixtisaslar

Vakant yerlər

 

Həqiqi üzvlər (akademiklər)

Müxbir üzvlər

 

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi

 

1.

Fizaka

1

2

 

2.

Mexanika

1

-

 

3.

Riyaziyyat

-

2

 

4.

İnformatika

-

1

 

5.

Mexanika

-

1

 

Kimya Elmləri Bölməsi

 

 

 

1.

Kimya

2

-

 

2.

Neft kimyası

-

1

 

3.

Üzvi kimya

-

1

 

4.

Radiasiya kimyası

-

1

 

5.

Yüksəkmolekullu birləşmələr kimyası

-

1

 

Yer haqqında Elmlər Bölməsi

 

 

 

1.

Geofizika

1

-

 

2.

Geologiya

-

1

 

3.

Coğrafiya

-

1

 

4.

Neft və qaz yataqlarının işlənilməsi

-

2

 

Biologiya Elmləri Bölməsi

 

 

 

1.

Biokimya

1

-

 

2.

Mikrobiologiya

-

1

 

3.

Fiziologiya

-

1

 

4.

Bioinformatika

-

1

 

5.

Botanika

-

1

 

6.

Molekulyar biologiya

-

1

 

7

Tibb

-

1

 

Aqrar Elmlər Bölməsi

 

 

 

1.

Torpaqşünaslıq

1

1

 

2.

Aqrar elmləri

-

2

 

Humanitar və İctimai Elmlər Bölməsi

 

 

 

1.

Sənətşünaslıq

1

-

 

2.

Dilçilik

1

-

 

3.

Fəlsəfə

-

1

 

4.

Ədəbiyyat

-

1

 

5.

Tarix

-

1

 

Naxçıvan Bölməsi

 

 

 

1.

Botanika

1

-

 

2.

Kimya

-

1

 

3.

Tarix

-

2

 

4.

Folklor

-

1

 

 

Cəmi

10

30

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı