Modern.az

Onlar Xocalı soyqırımı günü ərəfəsində konsert verəcəklər - SİYAHI

Onlar Xocalı soyqırımı günü ərəfəsində konsert verəcəklər - SİYAHI

Ölkə

17 Fevral 2012, 21:58

Beynəlxalq Diaspor Mərkəzi (BDM) Xocalı Soyqırımını Tanıtım İctimai Birliyi ilə birgə 20 fevral 2012-ci il saat 11:00-da Beynəlxalq Mətbuat Mərkəzinin konfrans salonunda mətbuat konfransı keçirəcək.

BDM-dən Modern.az-a bildirlib ki, mətbuat konfransının keçirilməsinə səbəb Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti tərəfindən 27 fevral 2012-ci il tarixinə planlaşdırılmış konsert proqramına etirazla bağlıdır.

Konsert proqramında müğənnilər Eyyub Yaqubov, Rəhim Rəhimli, Sevda Yəhyayevə, Namiq Qaraçuxurlu, İbrahim Borçalı, Rafael və Coşqun iştirak edəcəklər.

Mətbuat konfransında Xocalı faciəsinin şahidləri, Qarabağ veteranları, şəhid ailələri, QHT nümayəndələri və sənətçilər keçiriləcək konsertə etiraz üçün iştirak edəcəklər. Tədbirdə KİV-ə bu məsələ ilə bağlı daha maraqlı məqamlar açıqlanacaq.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı