Modern.az

Ramil Səfərovun həbs olunmasından 8 il keçir

Ramil Səfərovun həbs olunmasından 8 il keçir

Ölkə

19 Fevral 2012, 16:31

Fevralın 19-da Macarıstanın Budapeşt şəhərindəki həbsxanada ömürlük cəza çəkən azərbaycanlı zabit Ramil Səfərovun həbs olunmasının 8-ci ili tamam olub.

Ramil Səfərov 2004-cü il fevralın 19-da NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən hərbi təlimlər zamanı Azərbaycan bayrağını təhqir etmiş erməni zabiti Qurgen Markaryanı affekt vəziyyətdə qətlə yetirib. Elə Həmin tarixdə Budapeştin hüquq-mühavizə orqanları tərəfindən həbs olunub.

2006-cı ilin 13 aprelində isə Ramil Səfərov Budapeşt şəhər məhkəməsinin hökmü ilə haqsız olaraq ömürlük azadlıqdan məhrum edilib. 

Azərbaycanın dövlət rəsmiləri deyirlər ki, respublikamızın Macarıstanla ekstradisiya haqqında müqaviləsi olmadığından hələlik Ramil Səfərovun ölkəyə gətirilməsi problemdir.

Ramil Səfərov həbsxanada macar dilini öyrənib və Macarıstanın iki yazıçısının əsərlərini Azərbaycan dilinə tərcümə edib. Bunlar Maqda Sabonun “Qapı” romanı və Ferens Molnarın “Pal küçəsinin oğlanları” povestidir. R.Səfərovun ailəsindən aldığımız məlumata görə, zabitimiz hazırda üçüncü kitab üzərində işləyir.

Ramil Sahib oğlu Səfərov 26 avqust 1977-ci ildə Azərbaycanın Cəbrayıl rayonunda anadan olub. Hələ körpə olanda erməni vəhşiliklərini öz gözləri ilə görən Ramildə onlara qarşı əbədi nifrəti yaranıb. Düşmənə sonsuz nifrəti, Vətənə dərin məhəbbəti Ramili hərbi məkrəbdə təhsil almağa istiqamətləndirib. 

1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbə daxil olub. 1992-ci ilin sentyabrında ARMN-in sərəncamı ilə təhsilini davam etdirmək üçün Türkiyə Respublikasının İzmir şəhərinə göndərilib. Maltəpə hərbi liseyini müvəffəqiyyətlə bitirdikdən sonra Ankara Ali Hərbi məktəbinə daxil olub və hərbi təlim kursları keçib. 2001-ci ilin may ayından 2002-ci ilin mart ayına qədər Müdafiə Nazirliyinin (MN) sərəncamı ilə Gədəbəydəki N saylı hərbi hissəsində tağım komandiri vəzifəsində qulluq edib. 2002-ci ilin mart ayında MN-in sərəncamı ilə H.Əliyev adına Ali Hərbi Məktəbə göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib.
2004-cü ilin yanvar ayında MN-in sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstan respublikasının Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub. Vətənə dönməyə 20 dün qalmış isə məlum hadisə baş verib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı