Modern.az

Erməni gerçəklikləri... Xocalı soyqırımı.... Unutqanlıq sırıntısı

Erməni gerçəklikləri... Xocalı soyqırımı.... Unutqanlıq sırıntısı

Ölkə

20 Fevral 2012, 11:36

Yasin Türksoy

 Tarixi varlıqları mübahisəli, milli kimlikləri  –  mənşələri calaq, dilləri calaq, kültürləri calaq ermənilərin (söz türk sözüdür “ər+mən”  –  ərdəmliyi, igidliyi bildirir.  / Təəssüf, bu sözü də itirdik/ . İlkin forması – “ər+sak” sözüdür. Ermənilərin “Artsax” kimi söyləmi də “Arsak” sözündəndir)  iddia etdikləri  “Böyük  Erməninstan  Krallığı” (müxtəlif  formada)  “Armenia” , “Hayastan”  ərazilərinin özəyi  ərəb deyilişində “Ərməniyyə”, təbiətinin gözəlliyinə görə fars məftunluğunda “İrəvan”  –  Oğuz yurdudur.

“Qədim  Ermənistan”  xəritələrinə  Qara, Aralıq dənizlərinin, Urmiya, Van, Göyçə göllərinin əlavə edilməsində ilkin insan məskənlərinin şirin su hövzələri ətrafında salındığını, dənizdən-dənizə strateji əhəmiyyəti nəzərə alsaq, deməli, xəritələr uşaq başı aldatmaqdan başqa heçnədir!

Ermənilər Qafqaza gələrkən urartuluları sıxışdıraraq mərhələli formada onların mədəni-mənəvi irsini özününküləşdirməklə yiyələnmişlər. Bu öz adlarına çıxma oğurluqlarını indiyədək qonşu xalqlara qarşı da davam etdirməklə onların ərazilərindən tutmuş tarixinə, abidələrinə, folkloruna, kulinariyasına, musiqisinə, və s. mədəni irsini mənimsəyirlər.

“Naxarar” adlanan erməni məliklərinin özəyi elə alban əcdadlarına gedib çıxır.  “Yersiz gəldi, yerli qaç!” ermənilər daim əsarətdə qaldıqlarından, qul halında yaşadıqlarından sənətkarlıqla məşğul olmuşlar. Qazandıqları sənət –  sənətkarlıq olub.

Orta əsr Azərbaycan hökmdarlarının, padşahlarının torpaqlarımızda erməni kilsələrinə güzəştləri də az deyil. Bu da erməniyə qarşı humanizmin göstəricisidir.

İki türk dövləti  –  Türkiyə (o zamankı Osmanlı) və Azərbaycan arasında Pyotrun siyasətinə uyğun Ermənistan adlanan bufer dövlətin yaradılması türk hökmdarların mənəmliyinin sünni-şiə ayrılığı yaratmalarından sonra daha böyük bəla oldu.

Qanla  ötürülən nifrət hissi

Axı bu qədər amansızlığın  əsası haradandır, doğrudanmı türk irqi olaraq biz, onların iddia etdikləri eradan əvvəlki dədə torpaqlarından didərgin salmışıq, tarixi imkan düşən kimi özlərinə yenidən dövlət qurmuşlar?   Bununla da türklərə qarşı beşikdən son nəfəsə qədər intiqam hissinə başlamışlar?!   “Basqı və zülm altında yaşamışıq, daim başqalarından qisas almalıyıq”  ideolojiliyə çevirdikləri intiqamçılıq tarixi yəhudi-ərəb çarpışmalarındakı yəhudi taktikasıdır.

“Harada çörək varsa, ora sənə vətəndir”  –  erməni ata sözü üzərində düşündükcə xeyli dərinliklərə varmaq olur. Ermənilərin bu dərəcədə qəddarlığı,  amansızlığı, qisasçılığı hökmən bir tarixi nöqtəyə dirənməlidir.  Erməni düşünənləri yaxşı anlayır, yalançı qisas hissinin nəsillərə ötürülməsindən başqa çıxış yolları yoxdur.

***

"...Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına tıxadı. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək keçindi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə (Azərbaycan türkləri nəzərdə tutulur  –Y.T.) atdı.  Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr edəcək".  (Qarabağ hadisələrinin iştirakçışı, ermənilərin ən çox sevdiyi ideoloqlarından biri yazıçı-şair Zori Balayan "Ruhumuzun  yüksəlişi" adlı kitabında Xocalıda törətdikləri soyqırım haqqında).

***

 “Düşmənə olan nifrətini, kini körükləsən özün də yanarsan”.  Erməni bir xalq olaraq nifrət-qisas hissiylə köklənib. Millət bu cür şər duyğularla yüklənməz.

Erməni uşaqlarının  “sakit durmasan türk gəlib başını kəsər” , “türk gələr ha!” hədəsi ilə qorxudulması, onlarda psixoloji nifrət halı yaradılması – beşikdən başlayan qan havasıdır. Türk düşüncəsini, xarakteristikasını, psixologiyasını, folklorunu, kültürünü, ruhaniyyatını incələdikcə türkün “at belində bahadır, atdan düşəndə Füzuli” olduğunu görüb bəşər.

Niyə məhz  Xocalı?!

Erməni məkri – ənənəvi tarix saxtakarlığı

Azərbaycanda son tunc və erkən dəmir dövrünü xarakterizə edən Xocalı – Gədəbəy mədəniyyəti (və ya Gəncə – Qarabağ) nümunələri;  tikililər, yaşayış məskənləri, maddi-mədəniyyətə aid eksponatlar, həmən  dövrün iqtisadi əlaqələr coğrafiyasının genişliyinə aid  üzərində Aşşur (Assur) hökmdarı Adadnerarinin  adı yazılmış zinət əşyası və digər tapıntılar diqqət cəlb etməyə bilməz.  Köçürülmə ermənilərin kompakt yaşadıqları Qarabağ zonasında ərazini yaxşı tanıdıqlarından məhv edilməli tarixi obyekt olduğunu əvvəlcədən ölçüb-biçib bu fürsətdən yararlanmışlar.

“Liditse əməliyyatı” –  Xocalı əməliyyatı 

Xocalıdakı əməliyyatın  məxfi adı Çexoslovakiyanın Kladno şəhərində almanlar tərəfindən  yerlə-yeksan edilmiş Liditse kəndindən götürülüb.  Əməliyyat Qarabağı türklərdən təmizləmə (məhv etmək) məqsədilə yaradılan “KRUNK” təşkilatında əvvəldən-axıra  müzakirə edilib. “KRUNK” – “Komitet Revolyutsionnoqo Upravleniya Naqornım Karabaxom”  (Dağlıq Qarabağ İnqilab İdarə Komitəsi).  Diqqəti azdırmaq üçün “krunk  (ermənicə “durna” deməkdir) ədəbi obrazdır” faktından istifadə olunub. Ermənilərin təşkilatçılığı ilə SSRİ-nin könüllülərdən ibarət xüsusi təyinatlı hərbiçiləri  (Əfqanıstanda döyüş keşmiş hərbiçilərin də iştirakı ilə)  Rusiyanın Xankəndindəki 366-cı motoatıcı alayının heyətində hücum-qətliam gerçəkləşdirdilər.  “KRUNK”-da hər cür alçaqlıq  edənlər daha sonra Ermənistanın hakimiyyət strukturunu  təşkil etdilər:

Ermənistan Silahli Qüvvələrinin qurucusu Vazgen Sərkisyan,  Şuşada doğulmuş,  Azərbaycan Ali Hərbi Məktəbini bitirmiş, "DQR"in keçmiş müdafiə rəisi,  Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi,  Ermənistanın indiki müdafiə naziri, general-polkovnik  Seyran Ohanyan,  Xankəndində doğulmuş Ermənistanın keçmiş prezidenti  Robert  Köçəryan, Xankəndində doğulmuş  Ermənistanın indiki prezidenti   Serj Sərkisyan, "DQR"in keçmiş prezidenti  Arkadi Qukasyan,  Xankəndində doğulmuş,  ifrat erməni millətçilərindən, ideoloq  Zori Balayan.

İşğal, Terror, Soyqırımı:  Soydaşları didərgin, torpaqları parça-parça.   Təkrarlanan acılar...

Xanlıqların bir ola bilməməsinin acı nəticələri   –  “Gülüstan” və “Türkmənçay” məğlubiyyətləri;  erməni kilsəsi və elitası tərəfindən təşkilatlandırılmış çar ordusunda xidmətdə olan erməni zabiti  Lazaryanın  təklifi ilə  I  Nikolayın  21 mart 1828-ci il “Erməni vilayəti”nin yaradılması haqqında bölücü fərmanı;  I  Nikolayın 1840-cı il 10 aprel qanunu ilə Azərbaycan elinə, yurduna “ayır,  buyur” siyasəti;  Yurdumuzun azadlıq və ərazi bütövlüyünü pozmaq üçün 1880-ci ilin axırlarından erməni terror təşkilatlarının yaradılması;  1905-1907-ci il qırğınları, 1918-ci ildə  Quzeyli-Güneyli  Azərbaycanda silsilə Soyqırımlar;   “Antanta” birliyi dönəmində rus-erməni irticaçı siyasətinə uyğun  “Ararat” respublikasının yaradılması;  1918 – bütünlükdə 1920-ci illərin işğal və ağrı-acıları;  ermənilərin arxivləri məhv etməsi, daşıması;   Azərbaycan Cümhuriyyəti idarəçilərinin  səhvləri  –  məcburiyyət qarşısında  ərazilərin müəyyən müddətlərdə ermənilərə, gürcülərə verilməsi və rusların basqısı ilə 1922, 1924-cü illərə  kimi  prosesin davam etməsi;  N. Nərimanovun guya ermənilərin başını aldatmaq üçün  “... Zəngəzur və Naxçıvan qəzalarının ərazisi Sovet Ermənistanının bölünməz ərazisidir... Dağlıq Qarabağın əməkçi kəndlilərinə öz müqəddəratlarını təyin etmək hüququ verilir ” kimi tarixi-milli-siyasi səhvləri;  Lenin-Stalin  separat prinsiplərinə uyğun kommunist bolşevik-daşnakların  Azərbaycan Cümhuriyyətini devirməsi;  XI Qırmızı Ordunun talanları;  Vətən torpaqlarımızı  –  Kürdüstan Muxtar Vilayəti (Kəlbəcər, Laçın, Qubadlı – 1923-29),  Dağlıq Qarabağ Muxtar Vilayəti (1923-1991),  Naxçıvan Muxtar Vilayəti (1924)  ərazilərinə bölmələri;  1918 -1920-ci illərdə Gəncə və Tiflisdə erməni bolşevik daşnaklar tərəfindən Azərbaycanın üzdə olan ictimai-siyasi, ədəbi xadimləri, yüksək rütbəli hərbiçilərini bilərəkdən  məhv etmələri,  1937-1940-cı  illərdə  millətin düşünən beyninin – ziyalıların repressiya buxovunda məhvi;   İrəvanda demoqrafik vəziyyəti ermənilərin xeyirinə dəyişmək üçün  1948-1953-cü illər deportasiyaları; 1965-ci ilin aprelində 1915-ci ildəki uydurma “erməni soyqırımına”  İrəvanda abidə qoyulması;  1967-ci ildə Oktyabr inqilabının 50 illiyinə həsr edilmiş tədbirlərdə Qarabağın Ermənistana birləşdirilməsi tələbi;  Qorbaçovşinanın dəstəklədiyi, istifadə etdiyi  ermənilərin 1988-ci ildə İrəvandan Azərbaycan türklərini əzəli torpaqlarından  zorla deportasiyaya məruz qoyması;  “Türksüz Ermənistan!”, “Bizə çörək və su lazım deyil, Ermənistana birləşmək lazımdır!” mitinqləri;   DQMV-nin Ermənistana birləşdirilməsi qərarının SSRİ Ali Soveti Rəyasət Heyətində dəstəklənməsi;   İmperiyanın özgürlük, istiqlal haqqımıza qarşı əməlləri – 20 Yanvar Qırğını;  “DQR” bölücülüyünün yaradılması...  Bir-birinin ardınca işğalçılıq  – 1992-1994 !

Beynəlxalq güclərin erməni oyunu

Daha çox rusun əmri ilə qızışdırılan ermənilərin qətliam, soyqırımı törətməklə əsl məqsədi türkü məhv etmək,  Azərbaycan və Türkiyə torpaqları hesabına dənizdən-dənizə  “Böyük Ermənistan” imperiyası qurmaqdır.

Qondarma  “Erməni soyqırımı”nı  inkar edənlərə cəzanı nəzərdə tutan qanunlar türkü sındırmaq planıdır.  Beynəlxalq siyasi birliklərin oyunlarında oyunçudur ermənilər.

“Erməni Şərə  yalmandı, şər vaxtını, məqamını seçdi,  buna onun ağlı çatdı, Ruhu çatmadı” –   Asif Ata.

“Böyük  Ermənistan” avantüristlərinə:

–  İrəvan tarixi torpaqlarınızdırsa, dövlət qurumunuza paytaxt etmək müraciətilə icazə istəmək (may, 1918) dahə nəyə gərək ?

–  Əgər Qarabağ iddia etdiyiniz əzəli torpağınızdırsa, buraya köçürülmənin il dönümünə abidə qoymaq nəyə gərək?!

(1987-ci ildə Ağdərə rayonunda ermənilərin bu rayona köçürülməsinin 150 illiyinə  abidə qoyulmuşdu).

–  Əgər Qarabağ ermənilərin dədə torpaqlarıdırsa nə səbəbə dədələrinə xəyanət etdilər?

(İşğal olunmuş Qarabağ torpaqlarından 13 min km2- dən çox ərazini xarabazara çevirdilər).

Çünki yaxşı bilirdilər ki, işğalçıdırlar!

***

 “Sovet Ensiklopediyası”  redaksiya heyətinə türk düşməni  S.Şaumyanın oğlu  (L.C. Şaumyan, baş redaktorun I müvini) gətirildikdə şüurlara “erməni xəstəliyi”nin  “qanunauyğunluğu” yeridilməyə başladı.

Ermənilərin yalvarmaları, imperatorlara elçi göndərmələri, ənam-bəxşişləri, xahiş-minnət etmələri sadiqlik görüntüsü yaradan qulluqları Rusiya siyasətinin Azərbaycan torpaqlarında öz istəyinə uyğun planının həyata keçirilməsini yetişdirdi. Köçürülmə prosesində erməni keşişləri və millətçilərinin xüsusi canfəşanlığı olmuşdur.  Kilsə dünyaya səpələnmiş erməniləri şirnikləndirmə, zor, xof, qorxu gücünə  “vəd edilmiş torpaqlar”da birləşdirdi. Eynən yəhudi praktikasıdır:  “Vəd edilmiş torpaqlar” bəhanəsi ilə bir mərkəzə toplanma, dövlət qurmaları kimi. Ermənilər rus imperiyasının siyasi və hərbi elitasında kök salmaq üçün hər zaman düşünmüşlər.   Ermənilər daim  Azərbaycana soxulan rus qoşunlarına  bələdçilik və yerli əhaliyə xəyanət etmişlər. Erməni xalqının tarixi taleyində Rusiyanın rolu isə əvəzsizdir. Rusiya erməni təşkilatlanmasına daim yuva olmuşdur.

Erməni diasporlarının yaranma, yayılma, təşkilatlanma, öyrədici mərhələsini biz hələ indi keçirik. Erməni milyonçuları, xeyriyyəçiləri bir amala xidmət edib – “Böyük Ermənistan” ideyasına. Yox yerdən özlərinə dövlət qurdular.  (Bizdə isə varı olanlar nəsil-nəcabətlərinə varidat toplamaq və öz şəxsi məsələlərinin həlli üçün çalışıblar).

Bildiyimcə erməni terror təşkilatlarının öldürdükləri şəxslərin siyahılarında həmçinin öz milli nümayəndələri çoxluq təşkil edir. Bunun səbəbi sadə ermənilərin  təşkilatlardan gələn məxfi tapşırıqları, sifarişləri yerinə yetirməmək istəyidir.  Təşkilatların maliyyə bazalarını iş adamlarının, mesenatların aylıq və ya dövrlük ayırımı, silah ticarəti, narkotik alveri, qadın biznesi təşkil edir.

Türkü türkün üstünə göndərmək

Türklə-türkün davasını (Səlim–İsmayıl) dərsliklərdə fəxrlə bölüşdülər, Rusiya - Osmanlı savaşlarında Çar ordusunda çiyinlərində rus  nişanları (poqon) daşıyan Azərbaycan türklərini qardaşlarının üstünə göndərdilər, döyüşdə fərqlənənləri təltif etdilər, Vətən torpaqlarının bölünməsində  A. Bakıxanovun  timsalında tərcüməçi kimi fəxrlə istifadə etdilər.  Türkü türkün əli ilə öldürdülər.  Türk torpaqlarının işğalını türk şəhəri Bişkəkdə təsdiq elətdirdilər.

***

Qafqazdakı rus qoşunlarının komandanı  general Sisianov da burada öldürülüb,  ermənipərəst, antiazərbaycan  Qriboyedov da boş yerə öldürülməyib,  Sovet Rusiyasının diktator lideri Stalin də burada həbsdə oldu – Bayılda. SSRİ imperiyasının dağılmasının əsası da burada başladı – 1990-cı ilin yanvarında. Kreml irticaçılığı bu incə məqamı gərək unutmasın.

Rusiya irticaçılığının “maarifçilik” adı altında  Azərbaycana vurduğu yaraları indiyədək Azərbaycanın başına gətirilən total müsibətləri fars şovinizmi, “islam möminliyi” ilə müqayisəyə gəlimlidir:

Fars şovinizmi – açıq şəkildə assimiliyasiyaya uğratdı. Midiyanı da farsçılıq çökəltdi, Səfəviləri də, Güney Azərbaycanın azadlıq mücadilələrini də!

İslam möminliyi – türk yurdunda zorakılıq yaydı, itaət boyunduruğuna saldı insanları.  Milliliyi “ümmət” kosmopolitizmi ilə əvəzlədi.

Rus maarifçiliyi – 170 ildən çox bir dövrdə savadlanma adıyla manqurtlaşdırma siyasəti yürütdü.

Hər üç manqurtlaşdırma siyasəti özgəlikdən başqa heç nə vermədi yurdumuza...

Parçalanan, kiçildilən Vətən – Azərbaycan!   Sonda “biz beləyik, bizim millət düzələn deyil” adlı bölücülük,  inamsızlıq sindromu yayıldı.

Erməni dayıların Azərbaycandakı bacısı uşaqları, sapı özümüzdən olan baltalar.

Qarışıq nikahlar və onun hakimiyyətdəki bəlaları.

Qarabağ məsələsi niyə həll olunmur?!

Daxili İşlər Nazirliyi  2008-ci ilin aprel ayında Azərbaycanda  50 min (!) ermənin yaşadığını  rəsmən açıqladı.

Keçən il Ermənistanın 2012-ci il üçün parlament seçkilərini təhlil edən erməni sosioloqu Aqaron Adıbekyanın fikirlərindən: "...Azərbaycanın yüksək eşelonunda hər 5 nəfərdən biri mənşəcə gizli ermənidir və ya erməni qadınla nikahdadır. Deməli, biz ermənilər matryoşka kimi onların içində gizlənmişik". 

Mövqelərini möhkəmləndirmək, qarşı tərəfin sıralarında kök salmaq üçün nikah məsələsindən tarixən məharətlə yararlanıblar. Nikah diplomatiyasını Pyotr  da varislərinə vəsiyyət etmişdir.

Anaları, arvadları, gəlinləri, dayıları  erməni olan məmur əhatəsinin ermənilərlə iş birliyi də olar,  gediş-gəlişləri  də.  Qarabağ məsələsini ermənilərin xeyrinə həll olunması üçün  məmurların erməni arvadları ərlərinə təsir də göstərər, dayılarının toyda iştirakı üçün şənliklərini  Gürcüstanda keçirən bacıuşaqları da torpaqların azad olunmasına mane olar.

Hakimiyyət, Vəzifə, İmtiyaz, Səlahiyyətlərdən məhrum olmamağı qabaqlayan erməni mənşəli məmur iyerarxiyası  hər cür cinayət işlədir, zor gücünə manevrlər edərək harın yaşayışını təmin edir. Əhalinin diqqətini Qarabağın işğalından yayındırır. Bu səbəbdən Qarabağın azad olunması Xalqın gələcəyindən uzaqlaşdırılır...

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı