Modern.az

Azərbaycanlılardan Putinə dəstək

Azərbaycanlılardan Putinə dəstək

Ölkə

20 Fevral 2012, 12:32

Ümumrusiya Azərbaycanlıları Konqresi baş nazirə dəstək verərək böyük konsert planlaşdırır

Ümumrusiya Azərbaycanlıları Konqresi Rusiyada keçirilən prezident seçkilərində baş nazir Vladimir Putini dəstəkləməyi qərara alıb. Modern.az bildirir ki, ÜAK “Baku” jurnalında yaydığı elanda bununla bağlı konsert təşkil edəcəyi barədə məlumat yerləşdirib.
“Ümumrusiya Azərbaycanlıları Konqresi arzu edənləri prezident seçkilərində Vladimir Putinə dəstək  kampaniyası çərçivəsində təşkil etdiyi  “Bahar gəldi” adlı unudulmaz konsertə dəvət edir”-deyə elanda qeyd olunub.

Konsert martın 1-də saat 18 –də “Lujniki” stadionunun Olimpiya kompleksində keçiriləcək. Bu tədbirdə Azərbaycanın və Rusiyanın estrada ulduzlarının çıxışı planlaşdırlıb. 

Xaqani SƏFƏROĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı