Modern.az

Oqtay Şirəliyev: “Həmin xəstəxananın işçiləri yaxşı işləsələr, yenə yüksək maaş alacaqlar”

Oqtay Şirəliyev: “Həmin xəstəxananın işçiləri yaxşı işləsələr, yenə yüksək maaş alacaqlar”

Ölkə

21 Fevral 2012, 16:44

Səhiyyə naziri Oqtay Şirəliyev ARDNŞ-nin tabeliyindən çıxarılıb Səhiyyə Nazirliyinin balansına verilən Mərkəzi Neftçilər Xəstəxanasınəın bundan sonrakı fəaliyyətindən danışıb.
Modern.az saytının məlumatına görə, Səhiyyə Nazirliyin rəsmi qəzetinə müsahibəsində O.Şirəliyev bildirib ki, Mərkəzi Neftçilər Xəstəxanasınəın Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi onun fəaliyyətinin səmərəliliyinə yalnız müsbət təsir edə bilər.
Nazirin sözlərinə ğörə, Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Səhiyyə Nazirliyinin balansına verilməsi o demək deyil ki, bu müəssisə bundan sonra dövlət büdcəsi hesabına maliyyələşdiriləcək.

“Bu klinika heç vaxt büdcədən maliyyələşdirilməyib. Buraya əsas vəsait ARDNŞ-dan gəlirdi, indi də xəstəxananın əsas kontingenti olan neftçilərin müalicəsinin haqqını, əvvəllər olduğu kimi, Neft Şirkəti ödəyəcək. Bu hansı yolla baş verəcək – birbaşa müqavilə yolu ilə, yoxsa sığorta əsasında – bunun qərarını onlar verəcəklər. Bundan başqa, xəstəxana qeyri-profil xəstələrə, yəni neftçi olmayanlara göstərilən pullu xidmətlərdən, həmçinin MNX ilə öz əməkdaşlarına tibbi xidmət barədə sığorta müqaviləsi bağlamış özəl şirkətlərdən gələn vəsait hesabına da maliyyələşirdi. Bu vəsait bundan sonra yenə də xəstəxanaya, onun ehtiyaclarına xərclənəcək.
Demək olar ki, bu, hamını maraqlandıran sığorta təbabətinə mərhələli keçid sahəsində ilk addımlardır. Yeri gəlmişkən, bu praktika ilk dəfə burada təcrübədən keçirilə bilər”-deyə nazir bildirib.

O.Şirəliyev Mərkəzi Neftçilər Xəstəxanasında işə qəbuldan da danışıb. Deyib ki, əməkdaşların işə qəbulu və işdən kənarlaşdırılması müəssisə rəhbərləri tərəfindən, Əmək Məcəlləsinə müvafiq surətdə həyata keçirilir:
“Şəffaflığı təmin etmək məqsədi ilə tibb müəssisələri mövcud vakansiyaların tutulması üçün müsabiqə elan edirlər, bu barədə məlumat mətbuatda dərc olunur. Tibb müəssisəsinin öz əməkdaşlarından və həmkarlar ittifaqı nümayəndələrindən ibarət xüsusi komissiya yaradılır, o, bütün müraciətlərə baxır, vacant vəzifəyə namizədlərlə müsahibə keçirir və işə qəbul barədə qərar çıxarır. Neftçilər Xəstəxanasında da işə qəbul həmin prinsiplə həyata keçiriləcək”.

Nazir Mərkəzi Neftçilər Xəstəxanasının işçilərini ən çox narahat edən məsələdyə - maaşların saxlanmasına da toxunub:

“Əslində, bu, MNX-nin işçilərinin özlərindən asılıdır. Çünki statusun dəyişməsinə baxmayaraq, indiyədək xəstəxanaya gələn maliyyə vəsaitləri əvvəlki kimi qalır - həm pullu xidmətlərdən gələn vəsait, həm sığorta müqavilələri, həm ARDNŞ-nin neftçilərin müalicəsinə görə ödədiyi vəsait...
Xəstəxananın faktiki gəlirlərinin qüvvədə qalmasını nəzərə alaraq demək olar ki, personal yaxşı işləsə, bundan sonra da yüksək əməkhaqqı alacaq”.

Qeyd edək ki, ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq bu ilin əvvəlində ARDNŞ-nin fəaliyyət profilinə aid olmayan obyektləri - Mərkəzi Neftçilər Xəsətəxanası və Diaqnostika mərkəzləri Səhiyyə Nazirliyinin balansına verilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı