Modern.az

Masallıda möhlət hüququnun verilməsi, uşaqpulu ilə bağlı məsələ qaldırılıb

Masallıda möhlət hüququnun verilməsi, uşaqpulu ilə bağlı məsələ qaldırılıb

Ölkə

22 Fevral 2012, 16:02

71 saylı Masallı kənd seçki dairəsindən deputat Elmira Axundova 21-22 fevral tarixlərində Masallıda bir sıra görüş və qəbullar keçirib.

Bu barədə Modern.az saytına deputatın Masallıdakı ofisindən məlumat verilib. Deputat öncə Masallının Çayqıraq kəndində tikilən məktəb binasında olub.

Sonra Elmira Axundova Mollaoba kənd orta məktəbində müəllim və pedaqoji heyətlə görüşüb. Deputat öz şəxsi kitabxana kolleksiyasından 40-a yaxın kitabını məktəbə bağışlayıb.

Ardınca millət vəkili Bədəlan kəndində yerləşən deputat ofisində seçiciləri qəbul edib. Bir sıra məsələlər yerində həll edilib, ərizə və şikayətlər qəbul olunub.

Seçicilər əsasən istedadlı gənclərin magistraturaya imtahan vermələri üçün möhlət hüququnun verilməsi və uşaqpulu ilə bağlı məsələ qaldırıblar.

Onlar qeyd ediblər ki, onsuz da ünvanlı sosial yardım özünü tam doğrultmadı. Buna rəğmən körpə uşağı olan hər ailəyə aylıq uşaqpulu ayrılması məsələsi təklif olunub.

Sabah deputat Masallı Rayon İcra Hakimiyyətinin illik hesabatında iştirak edəcək.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı