Modern.az

"Eurovision-2012”nin keçiriləcəyi “Bakı Kristal Zalı”nın ən son FOTOŞƏKİLLƏRİ

"Eurovision-2012”nin keçiriləcəyi “Bakı Kristal Zalı”nın ən son FOTOŞƏKİLLƏRİ

Ölkə

23 Fevral 2012, 16:27

Modern.az saytı xəbər verir ki, “Eurovision-2012” Mahnı Müsabiqəsinin keçiriləcəyi “Bakı Kristal Zalı”nda tikinti işləri artıq son mərhələsinə çatıb. Hazırda zalın üzərindəki kristallar quraşdırılmaqdadır.

“Eurovision-2012” Mahnı Müsabiqəsinin keçiriləcəyi “Bakı Kristal Zalı”nın yaxınlığında müsabiqədə akkreditasiya olunmuş jurnalistlər üçün xüsusi Mətbuat Mərkəzi də inşa olunur. Jurnalistlərin rahat işləyə biləcəyi bu məkan 5000 m2 ərazini əhatə edəcək və müsabiqə zamanı bu vaxtadək fəaliyyət göstərən yüksək şəraitli Mətbuat Mərkəzlərindən biri olacaq. Hazırda mərkəzdə tikinti işləri sürətlə davam edir.

Qeyd edək ki, Avropa Yayımları Birliyi yanvarın 25-də “Bakı Kristal Zalı”nı  “Eurovision-2012” Mahnı Müsabiqəsinin keçiriləcəyi məkan kimi təsdiqləyib. Yanvar ayında arenada olan Avropa Yayımları Birliyinin nümayəndələri aparılan tikinti işləri ilə tanış olublar və bu zalın ən yüksək standartlara cavab verdiyini bildiriblər.

“Bakı Kristal Zalı” və “Eurovision-2012”nin Mətbuat Mərkəzindən ən son fotogörüntüləri təqdim edirik.
 

 

 

 

 

 

 

 

 

 

 


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı