
Təhsil naziri Misir Mərdanovun müvafiq əmrinə əsasən, fevralın 18-19-da Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonlarında XI və IX siniflər üzrə sınaq (yoxlama) imtahanları keçirilib. Modern.az saytının məlumatına görə, bu 7 rayonda keçirilmiş imtahanların cavabları artıq açıqlanıb və Təhsil Nazirliyinin saytına yerləşdirilib (burada - //exam.edu.gov.az/).
Təhsil naziri Misir Mərdanov müvafiq əmrinə əsasən, ümumtəhsil məktəblərində ümumi orta (IX sinif) və tam orta təhsil (XI sinif) səviyyələri üzrə yoxlama (sınaq) imtahanlarına 28 yanvar tarixindən Bakıda start verilib.
IX siniflərdə sınaq imtahanları Azərbaycan dili və riyaziyyat, XI siniflərdə Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən keçirilir.
2012-ci ilin ilk sınaq imtahanları 28-29 yanvar tarixində Bakı məktəblərində keçirilib.
Fevralın 4-5-də Şirvan şəhərində, Hacıqabul, Ağcabədi, Beyləqan, İmişli, Kürdəmir, Xocavənd rayonlarında XI və IX siniflər üzrə mərkəzləşdirilmiş yoxlama (sınaq) imtahanları fevralın 11-12-nə keçirilmişdi. Fevralın 11-12-də həmin rayonlarla yanaşı, Saatlı, Sabirabad, Ucar, Zərdab, Laçın, Cəbrayıl, Ağsu və Göyçay rayonlarında imtahanlar qarlı hava şəraiti ilə əlaqədar təxirə salınıb.
Modern.az