Modern.az

Dünya şöhrətli modelyerin Azərbaycan idmançıları ilə əlaqələri...

Dünya şöhrətli modelyerin Azərbaycan idmançıları ilə əlaqələri...

Ülke

27 Fevral 2012, 12:34

Məhz  dünya şöhrətli  italyanlı modelyer Ermanno Scervino (Şervino) 2012-ci ildə Londonda keçiriləcək XXX Yay Olimpiya oyunlarında iştirak edəcək Azərbaycanlı idmançıların geyimlərinin dizaynını təqdim edəcək. Bunun üçün dünya şöhrətli modelyer Ermanno Scervinonun adını daşıyan moda evinin rəhbəri Toni Scervinonun  27 fevral tarixində Bakıya səfəri başlayır.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə. məşhur dizayner Ermanno Scervino ilə  əməkdaşlıq 2011-ci ildən başlayıb. Məhz 2012-ci ildə Londonda keçiriləcək Olimpiya oyunlarında  ölkəmizi  təmsil edəcək idmançıların formalarının dizaynı üçün Azərbaycan tərəfindən tender elan edilib. Rusiya, Slovenya, İsveçrə və İtaliya arasında keçirilən tenderin qalibi  italyan, adı ilə moda aləmində böyük imzası olan Ermanno Scervino olub. Dizayner azərbaycanın  milli elementlərini hər bir geyimdə yüksək səviyyədə göstərməklə bərabər, eyni zamanda onları daha maraqlı və özünəməxsus şəkildə ifadə etməyi bacarıb.

Mərasimdə idman və gündəlik geyimlərlə bərabər, aksessuarlarda da Azərbaycanın bayrağı, herbi, bir sözlə milli atributları yüksək səviyyədə əks olunub.

Modelyerin fəaliyyətinə gəldikdə isə Ermanno Scervino  dünya şöhrətli itlayan firmaları, korifey modelyerlər, Haute couturela  olan iş birliyindən sonra ciddi olaraq 1999-cu ildə öz şəxsi brendinin tanıtımı ilə məşğul olmağa başlayıb. Modelyer müəyyən müddət Paris şəhərində yaşayaraq rəssam modelyer sənətinin sirlərinə yiyələnib.

Moda dünyasının incəlikərini öyrənən modelyer ilk günlərdən dəb aləminin diqqətini cəlb edib. Modelyerin yeni, qeyri-adi modelləri ilk andan zövqlü italyan xanımlarının böyük marağına səbəb oljub.

Dizayner Ermano Scervino və moda evinin rəhbəri  Toni Scervinonun istedadını bir araya gətirən Ermanno Scervino  şirkəti 2000-ci ildən fəaliyyət göstərir. Müasir və cəlbedici yaradıcılıq işləri ilə şirkət qısa zamanda nəinki İtaliya, eyni zamanda  dünya moda arenasında böyük nüfuz qazanmış olub.

Şirkətin baş ofisi 2007-ci ildə Florensiya yaxınlığındakı Qrassina şəhərində, növbəti ofis isə 2008-ci ildə Milanda açılıb.

Bu gün Ermanno Scervinonun İspaniya, ABŞ, Böyük Britaniya, Rusiya, İsveçrə, Portuqaliya, Almaniya, İtaliya, Fransa, Yaponiyada butikləri fəaliyyət göstərir. “Made in İtaly” dizaynerin hər bir yeni ideyasının dərinliyinə hopmuş bir reallıqdır.

Ermanno Scervinonun ideal qadın obrazı bir qədər Keyt Mossa, eyni zamanda ekstravaqant, heç bir çətinlikdən qorxmayan Ancelina Culiyə bənzəyir.

Stilist hər zaman belə söyləyir: “Qadınlar geyimin qurbanları olmamalıdırlar.”  Onun hər bir ideyasında intellektual, zəngin dünya görüşünə malik, zövqlü qadın dayanır.

Ermanno Scervinno moda evinin rəhbəri Toni Scervinnonun Azərbaycana səfəri 28 fevral tarixində sona yetir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı