Modern.az

Xocalıya ədalət, yoxsa, intiqam? - Taksimdəki müşahidələrim

Xocalıya ədalət, yoxsa, intiqam? - Taksimdəki müşahidələrim

Ölkə

27 Fevral 2012, 19:34


Ermənilərin 1992 il-ci ilin 26 fevralında Qarabağ bölgəsinin Xocalı qəsəbəsində rəsmi rəqəmlərə görə, 613 Azərbaycan Türkünü vəhşicəsinə qətlə yetirməsinin ildönümündə İstanbuldakı Taksim Meydanına toplanan on minlərlə vətənsevərdən biri də məndim.

Mən bir TV jurnalisti kimi 1991-ci ildən bəri müəyyən fasilələrlə Azərbaycanda işləmişəm. Ən son 2006-2009-cu illər  arasında Azərbaycandaydım.  Bir Türk olarak hər zaman azərbaycanlı soydaşlarımızın yanında yer aldım. Bir jurnalist kimi Azərbaycanın uğradığı haqsızlıqları, Azərbaycan Türklərinin haqlı davalarını dünya ictimaiyyətinə çatdırmak üçün çalışdım.

Taksimdə Xocalıyla bağlı  tədbir keçiriləcəyini eşitdiyim zaman da çox həyəcanlandım. Ankarada yaşamağıma baxmayaraq öz imkanlarıma İstanbula getdim və bu tədbirdə iştirak etdim. Orada olmağımla qürur duyuram.

Tədbir günorta saat 14:00-da başlayacaqdı, amma saat 10-un yarısında Taksimdəydim. İlk qarsılaşdığım şəxs tarixçi deputat Musa Qasımlı oldu. Musa müəllimlə İstiqlal Caddəsini,  Taksim Meydanını dolaşaraq  atmosferi öyrənməyə çalışdıq. Saatlar  keçdikcə İstiqlal Caddəsi və Meydan dolmağa başladı. İstanbulu bilənlər üçün deyim: saat 13 radələrində Qalatasaray liseyinin qarşısından Taksim Meydanına qədər İstiqlal Caddəsi tamamilə doldu. İstanbul polisinin rəsmi rəqəmlərinə görə tedbire 350 min nəfər iştirak edib.

Mən 30 ildir jurnalistəm. İndiyə qədər Taksimdə belə bir qələbəliyin şahidi olmadım. Qələbəliklə yanaşı, tədbirdə iştirak edənlərin həyəcanı  mənə çox təsir etdi. 80 yaşlı qocalar, qadınlar , qızlı-oğlanlı gənclər, qundaqdakı usaqlarıyla tədbirə qatılan ailələr, hamısı  Xocalı qətliamına karşı səslərini esitdirmək üçün Taksimdəydi.

İstiqlal Caddəsi və Taksim Meydanı Türkiyədəki müxtəlif qruplara mənsub Türk sevdalıları ilə doluydu. Ancak Azərbaycan Türklerinin bəlkə də Türkiyədə ilk dəfə belə bir  tədbir  keçirmələrindən irəli gələn  təşkilatçılıq qüsurları diqqətimi cəlb etdi.  Taksim Meydanına qurulan kürsü  və səs düzəni belə bu təcrübəsizliyin  göstəricisiydi.  Amma bunlar və eyni zamanda tədbiri keçirənlərin meydandakı Türk sevdalılarının həyəcanlarını artıracak şüarlar, ifadələr əvəzinə dialoq şüarlarını seçmələri belə insanların həyəcanını azaltmadı.

Kürsüdəki aparıcının “Hamımız Xocalılıyıq!”, “Müharibə deyil, sülh istəyirik!” şüarlarının səsləndirilməsini istəməsinə meydandakı qələbəlik maraq göstərmədi. Hətta bir ara “azəri” ifadəsi müdaxilə nəticəsində “Azərbaycan Türkü” deyə düzəldildi.

Meydandakı Türk Sevdalıları “sülh, ədalət” şüarlarını səsləndirmək istəyən  aparıcıya heç etibar etmədi. Nəysə ki kürsüdə Azərbaycanın yetiştirdiyi ən önəmli sənətçilərdən biri olan Azərin vardı. Türkiyəni və  Türkiyənin hissiyatını  yaxşı bilən Azərinin səsləndirdiyi manhılar meydanı coşdurdu. Azərin  xanım həyəcansız şüarlar əvəzinə “Şəhidlər Ölməz, Vətən bölünməz!” şüarını səsləndirincə Taksim meydanı silkələndi. Meydandaki  on minlər daha çox “Qarabağ Bizimdir, Bizim Olacaq!”, “Bir Millət, İki Dövlət!”, “Hamımız Xocalılıyıq, Hamımız Türkük!”,  “Erməni Yalanına Səssiz Qalma!”, “Qarabağa sahib çıx!” şüarlarını səsləndirdi.

Kürsüdəki aparıcı  nə zaman “Xocalı üçün ədalət!” şüarını səsləndirməyə çalışsa, qələbəlik, “Ədalət deyil, qana qan, intiqam!” şüarıyla cavab verdi.  Məncə, mitinqin ən can alıcı nöqtəsi buydu.  Tədbiri keçirənlərlə tədbirdə iştirak edənlər sanki eyni hisslərlə hərəkət etmirdilər. Ermənistan prezidenti İrəvandakı bir tədbirdə gənclərə “Qarabağı biz aldıq, Ağrını da siz alın” hədəfi göstərərkən  İstanbulda tədbir keçirənlərin türk sevdalılarına sülh və ədalət kimi şüarlarla xitab etmələri mənalı olmadı. Təbii ki, biz türklər tarix boyu hər zaman ədaləti təmsil etdik. Bu tədbirdə də müharibə populizmi aparılmalıydı demirəm. Amma heç olmasa bu tədbiri keçirənlər Azərbaycan prezidenti İlham Əliyevdən nümunə götürsəydilər. Nə deyir hörmətli İlham Əliyev: “KİMSƏ BİZDƏN ƏBƏDİYYƏN QARABAĞ MÜZAKİRƏLƏRİNİ DAVAM ETDİRMƏYİMİZİ GÖZLƏMƏSİN.  TORPAQLARIMIZI GERİ ALMAQ ÜÇÜN LAZIM GƏLƏRSƏ, SİLAHA ƏL ATARIQ”.

Türk sevdalısı bir çox siyasi partiyanın və qeyri-hökumət təşkilatının gəldiyi Taksim Meydanına insanlar Xocalı qətliamına diqqət çəkmək üçün gəldi. Siyasi kimliklərini və məzhəblərini bir kənara qoyub, Taksimə toplaşdılar. Bir ara AK Parti Fatih Gənclik Bölməsinin plakat açması qəzəb doğurdu və o plakat dərhal endirildi. Tədbirdə Türkiyənin  daxili işlər naziri İdris Naim Şahin bəy də iştirak etdi və məncə gözəl də bir çıxış etdi. Amma nazir AK Parti təbliğatı aparmağa çalışınca sözü kəsildi. İslam Əməkdaşlıq və İnkişaf Təşkilatı Gənclik Qrupu adından oxunan bəyanatda Xocalının Suriyada Xama və Xumsda yaşananlarla eyniləşdirilməsi də narazılığa səbəb oldu. Bir azərbaycanlı jurnalist dostumun mənə “Heyf ki, Xocalıda qətlə yetirilən həmyerlilərimizin qanı Suriyaya müdaxiləni legitimləşdirmək istəyənlər tərəfindən istifadə edilir” deməsi də diqqət çəkiciydi.

Bu xırda qüsurlara baxmayaraq məncə, tədbir məqsədinə nail oldu. Xocalını, Azərbaycanın həqiqətlərini bilməyən Türkiyədəki böyük əksəriyyətin diqqəti cəlb edildi. Azərbaycanlı soydaşlarımıza Türkiyə Türklərinin hər zaman yanlarında olduğu bir daha ifadə edildi. Türkiyədəki ermənipərəstlər və  Azərbaycandakı ruspərəstlərin Anadolu və Azərbaycan türkləri arasında yaratmağa çalışdıqları fitnənin uğurlu olmayacağı da dosta-düşmənə göstərildi.

Bu tədbirdə bir daha gördüm ki, Anadolu türkləri Azərbaycan millət vəkili  Qənirə Paşayevanı çox sevirlər. Qənirə xanım həm İstiqlal caddəsində yürüyərkən, həm Taksim meydanında onu görmək, imza almaq, şəkil çəkdirmək istəyən qələbəliyin arasında az qala əzilirdi. Mən belə bu qələbəliyin arasında ancaq bir neçə saniyə salamlaşıb görüşə bildim. Taksimdə tədbir bitmişdi, amma Qənirə xanım hələ meydandaydı. Mən bir saat Qənirə xanımla söhbət etmək üçün gözlədim, amma ətrafındakı qələbəlik bitməyincə meydandan ayrıldım, Qənirə xanım isə hələ oradaydı.

İstanbuldan Ankaraya dönərkən yol boyunca tədbirdə yaşananları düşündüm və bu suala cavab tapa bilmədim: Xocalıya ədalət, yoxsa, intiqam?

Əli Doğan
Ankara

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı