"Vətəndaşların bu və ya digər məsələlərə, problemlərə, sosial narazılıqlara fikir bildirməsi normal haldır və hər kəsin konstitusion hüququdur".
Modern.az-ın məlumatına görə, bu fikirləri Milli Məclisin vitse-spikeri Bahar Muradova Qubada baş verən məlum hadisələrlə bağlı jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, dünən Qubada baş verən hadisələri bəzi müxalif dairələrin inqilab və ya üsyan kimi qiymətləndirməsi doğru deyil. B.Muradova hesab edir ki, Quba rayon icra başçısının noyabr ayında olan çıxışının indi yayımlanması müəyyən məqamlardan xəbər verir:
"Burada kimin əlinin ola biləcəyini söyləyə bilmərəm. Hüquq-mühafizə orqanları araşdırma aparır. Hər şey bundan sonra aydın olacaq".