Modern.az

Prezident Qubanın icra başçısını rəsmən işdən çıxardı

Prezident Qubanın icra başçısını rəsmən işdən çıxardı

Ölkə

2 Mart 2012, 15:42

Azərbaycan Prezidenti İlham Əliyev martın 2-də Quba rayonu İcra Hakimiyyətinin başçısı Rauf Həbibovun vəzifəsindən azad edilməsi haqqında sərəncam imzaladı.

Modern.az Prezidentin rəsmi saytına istinadən bildirir ki, İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq Rauf Xeyrulla oğlu Həbibov Quba rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

Rauf Həbibov martın 1-də Qubada keçirilən etiraz aksiyasından sonra istefa vermişdi.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı